Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messi və Neymar dünya çempionatında oynamaya bilər
Messi və Neymar dünya çempionatında oynamaya bilər

FİFA-nın dünya çempionatlarının keçirilməsi reqlamentində dəyişiklik etməyə hazırlaşması böyük qalmaqala səbəb olub. Bir çox milli federasiyalar buna etiraz edir. Konfederasiyalar daha sərt addımlar atmağı düşünür.

Bizimyol.info xəbər verir ki, Messi və Neymar dünya çempionatında oynamaya bilər. Çünki Cənubi Amerika futbol konfederasiyası olan CONMEBOL FİFA-nın reqlament dəyişiklyinin əleyhinədir. Dünya futbol təşkilatı mundialları iki ildən bir keçirmək istəyir. Buna daha çox UEFA və CONMEBOL etiraz edir.

CONMEBOL-un bütün üzvlərinin fikri üst-üstə düşür. 10 ölkənin hər biri FİFA-nın dəyişiklik məramının əleyhinədir.

Neymar Neymar

UEFA indi 2028-ci il Avropa çempionatının ev sahibini müəyyənləşdirməyə hazırlaşır. FİFA istəyinə nail olarsa, onda həmin il dünya və qitə turnirləri üst-üstə düşəcək. Bu isə UEFA-nı qətiyyən qane etmir. Futbolçular da belə reqlamentlə razılaşmaz.

FİFA məsələni dekabrda səsverməyə çıxaracaq. Hələlik futbolsevərləri və dünya futbol ictimaiyyətini nə gözlədiyini proqnozlaşdrmaq çətindir.

Bizimyol.info

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər