Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden G20 sammitində iştirak etmək üçün Romaya gedib
Bayden G20 sammitində iştirak etmək üçün Romaya gedib

G20 ölkələrinin liderlərinin görüşündə iştirak etmək üçün İtaliyaya gedən ABŞ prezidenti Co Baydenin təyyarəsi bu gecə Romanın "Fiumicino" hava limanına enib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Prezidentin təyyarəsi yerli vaxtla saat 2:24-də yerə enib və prezident birinci xanım Cil Baydeni qarşılamaq üçün hava limanına gəlmiş İtaliya və Amerika rəsmiləri ilə görüşüblər.

Baydenin Avropaya səfərinin ilk dayanacağı Vatikan olacaq. Bu gün Papa Fransisk Amerika liderini qəbul edəcək.

Baydenin Romadakı əsas görüşlərindən biri də cümə günü baş tutacaq Fransa prezidenti Emmanuel Makron ilə danışıqlar olacaq. Bundan əlavə, Ağ Ev rəhbəri İtaliya prezidenti Sercio Mattarella və İtaliyanın baş naziri Mario Draqi ilə görüşlər keçirəcək.

Şənbə və bazar günləri Bayden G20 tədbirlərində və iqtisadiyyata və digər mühüm beynəlxalq məsələlərə həsr olunmuş sessiyalarda iştirak edəcək. ABŞ prezidenti daha sonra BMT-nin iqlimlə bağlı yüksək səviyyəli konfransı üçün Qlazqoya uçacaq.

Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
››› Hərbi qulluqçumuz şəhid olub - Ermənistanın növbəti təxribatı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »