Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“AzerGold” QSC-nin şəhid əməkdaşı Rauf Əsgərovun xatirəsi anılıb
“AzerGold” QSC-nin şəhid əməkdaşı Rauf Əsgərovun xatirəsi anılıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kollektivi Vətən müharibəsində şəhid olmuş iş yoldaşları Rauf Əsgərovun şəhadətinin 1-ci ildönümü ilə əlaqədar Gəncə şəhər Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət ediblər.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidimizin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb.

Qeyd edək ki, Rauf Əsgərov 6 oktyabr 2020-ci il tarixində ehtiyatda olan zabit kimi Ordu sıralarına çağrılıb.  O, Silahlı Qüvvələrimizin baş leytenantı kimi Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.

Rauf Əsgərov oktyabrın 26-da Füzulinin Mərdinli kəndində şəhidlik zirvəsinə ucalıb. O, 28 oktyabr tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Müharibəyə qədər “AzerGold” QSC-nin Təmir-tikinti və energetika şöbəsinin Generator sahəsi üzrə rəisi vəzifəsində

çalışmış qəhrəman şəhidimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Xatırladaq ki, Ordumuzun şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsində Səhmdar Cəmiyyətin 8 nəfər əməkdaşı iştirak edib. Rauf Əsgərovla yanaşı, QSC-nin Mühafizə xidmətinin əməkdaşı baş leytenant Muxtar Qasımlı 2 oktyabr 2020-ci ildə Füzuli rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.

“AzerGold” QSC Vətən müharibəsində şəhid olan bütün hərbçilərimizi qürurla anır, onların ailələrinə, yaxınlarına bir daha başsağlığı verir.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› Azərbaycanda gənc qızı intihara sövq edən 17 yaşlı oğlan həbs olunub
››› Maraqla gözlənilən və dekabrda baxışa çıxarılacaq 10 film - Fotolar
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Daxili işlər naziri rəisi sərəncama göndərdi
Son xəbərlər
Bütün xəbərlər »