Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jirinovski üç partiyanı parlamentdən qovmağı təklif edib
Jirinovski üç partiyanı parlamentdən qovmağı təklif edib

LDPR lideri Vladimir Jirinovski Dövlət Dumasında büdcənin müzakirəsi zamanı çıxış edərək Rusiya Federasiyası Kommunist Partiyası, "Ədalətli Rusiya – Həqiqət", "Yeni İnsanlar Naminə" partiyalarını ölkə büdcəsi ilə bağlı mövqelərinə görə parlament partiyası statusundan məhrum etməyə və onları parlament binasından qovmağa çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuat məlumat verib.

Bildirilir ki, Rusiya Federasiyası Kommunist və “Ədalətli Rusiya – Həqiqət naminə” Partiyalarından olan deputatlar büdcənin genş müzakirə edilmədən qəbul edilməsinə səs verməyəcəklərini bildiriblər. “Yeni insanlar” fraksiyasının lideri Aleksey Neçayev da partiya büdcədən narahat olduqlarını deyib.

“Biz yoxsulluqla mübarizə aparmalıyıq və sizin iki fraksiyada milyarderləriniz var. Başqalarının pulunu (büdcəsini) nə hesab edirsiniz? Pulunuzu sayın, “Ədalətli Rusiya”, “Yeni insanlar” – deyə Jirinovski onlara səslənib.

Bundan sonra o, "bunları qovmaq lazımdır , “Ədalətli Rusiya – Həqiqət naminə” partiyası prezidenti dəstəklədiyinui bəyan edir, amma hökumətə qarşı çıxır", - deyə onları ittiham edib.

"Siz (ƏR-HP) ya büdcəni dəstəkləyirsiniz və ya Dövlət Dumasının binasını tərk edirsiniz. Maaşınızı büdcədən, mənzilləri - büdcədən, bağ evlərini - büdcədən alırsınız. Və Gennadi Andreyeviç də partiyasının (Kommunist Partiyasının) saxlanması üçün dövlətdən 1,5 milyard rubl alacaq. Büdcə sizi qane etmir? Bütün pullardan imtina edin. Siz də “Ədalətli Rusiya”. Hər şeyi dövlətdən alırsınız, amma onu qarışdırmağa çalışırlar. Sizə büdcənin qəbulu lazım deyilsə, Dövlət Dumasından çıxın", - deyə Jirinovski bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »