Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nərmini öldürən azadlıqdadırsa, başqalarını öldürməyəcəyinə zəmanət varmı...
Nərmini öldürən azadlıqdadırsa, başqalarını öldürməyəcəyinə zəmanət varmı...

2020-ci il yanvarın 6-da Azərbaycanda media, Nərmin cinayəti ilə silkələndi. Belə ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti məhz bu tarixdə aşkar edildi.

Qadın hüquqlarını müdafiə edənlər, aktivistlər, KİV-lər  - hər kəs bu cinayətə öz fikrini bildirdi. Cinayətkarın tapılaraq məsuliyyətə cəlb edilməsi tələb edilirdi. Cəmiyyətin Nərmin cinayətinə susmaması, tələbkarlığı dövlət qurumlarını hərəkətə keçirdi. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən keçirilən əməliyyat zamanı cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edildi.

Şahidlərin dindirilməsi, yoxlamalar, ekspertiziya rəyləri, üst-üstə düşməyən ifadələr fonunda Nərminin valideynlərinin məsələyə laqeydliklə yanaşması hər kəsdə şübhə doğurur. Əgər yadınızdadırsa, Nərminin anası efirə çıxıb Bakıda ona ev verilməsini istəyirdi. Bəli, absurd bir istək idi. Övladı vəhşicəsinə öldürülmüş ana, övladının qatilinin tapılmasını tələb etmək əvəzinə Bakıda ev istəyirdi. Bu da bir mənalı qarşılanmamışdı. Və bu gün cinayət işinin istintaqı davam edir.

Nərminin qətlində şübhəli hesab edilən İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb. İstintaq orqanı tərəfindən, İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, qonşulara Nərminin cəsədinin tapılması barədə, İlkin Süleymanov özü məlumat verib. Cinayətkar, özü törətdiyi cinayət haqqında məlumat verərmi?

İlkin Süleymanovun vəkilləri, istintaq materiallarının onlardan gizli saxlanıldığını iddia edirdi. Nərminin valideynlərinin cəsədə yaxından baxmaması, ananın ifadəsinin fərqli olması və vəkillərin iddia etdiyi digər faktlar qatilin məhz İlkin Süleymanov olduğu faktını şübhə altına alır. İlkin Süleymanov, əvvəlcə qətli törətdiyini etiraf etsə də, sonra təkzib edib. İddia edib ki, işgəncəyə məruz qaldığı üçün belə bir ifadə verib. Baş Prokurorluq o dövrdə İlkin Süleymanovun işgəncəyə məruz qalma faktını təkzib edirdi. İlkin Süleymanovun yaxınlarının iddialarına görə, Nərminin qan qrupu IV, basdırılan meyitin qan qrupu isə II qrup olub. Bu fakt ekspertiza rəyində də var. Ancaq nədənsə bu faktlar nəzərə alınmır. Qeyd edək ki, Prokurorluq bu iddiaları da təkzib edib.

Belə... Ortada dəhşətli, vəhşicəsinə törədilmiş bir cinayət və günahsız olduğu iddia edilən cinayət şübhəlisi və hələ də cəmiyyətə bəlli olmayan bir qatil var. Və bəlkə də o qatil, rahat şəkildə aramızda gəzir.

Heç kim, Nərmin cinayətinin öz ailəsində baş verə bilməyəcəyini zəmanət verə bilməz. Mənim qızım da, sənin qızın da Nərmin kimi 47 gün saxlandıqdan sonra öldürülə, yandırıla bilər. Dəhşətli cinayətdir. Bu cinayəti törədə bilmək üçün böyük təcrübəyə sahib olmaq lazımdır. Nərmin cinayətinin araşdırması iki ildir davam edir və hələ də son nəticə əldə edilməyib. Bu isə cinayətkarın peşəkar olduğuna işarədir. Professional şəkildə həyata keçirimiş bir cinayət, ortaya atılmış cinayət şübhəlisi, laqeyd valideynlər...

Biz, gerçək nəticəni gözləyirik!

  • Nərmini kim öldürdü?
  • Nərmini öldürən şəxsin başqa qızları öldürməyəcəyinə kim zəmanət verir?

Biz, hələ də Azərbaycan məhkəmlərində ədalətin olduğuna inanırıq. Kimisə ittiham və ya müdafiə etmirik. İnanırıq ki, haqq-ədalət gec-tez yerini tutacaq və bu cinayətdə yaxından iştirak edən hər bir kəs cəzasına çatacaq.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »