Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanda polis sayı BMT-nin hesabat indeksinə görə olduqca azdır"
"Azərbaycanda polis sayı BMT-nin hesabat indeksinə görə olduqca azdır"

"Çexiyada mütəxəssislər hesablayıb ki, 10 milyon əhalisi olan Çexiyada ictimai asayişin təmin edilməsi üçün lazım olan polis işçilərinin optimal sayı, 40.309 nəfər olmalıdır. Bizdə azı 120 min, bəzi mənbələrin verdiyi məlumata görə isə, 150 min polis əməkdaşı var. Daxili İşlər naziri, istəsə, sabah bu rəqəmi 160 minə çatdırılar. Sizin pullarınızdır da, hər birinə 800-1000 manata çatan əməkhaqqını, cibindən vermir ki. Telefonla zəng edəcək, maliyyə naziri büdcədən ayıracaq. Uşaq pulu deyil ki, müzakirəsini parlamentə çıxarsınlar".

Bu fikirləri, hüquqşünas Namizəd Səfərov öz sosial şəbəkə səhifəsində yazıb. O, həmçinin qeyd edib ki, rəsmi statistika verilmədiyi üçün Azərbaycanda polisin sayı dəqiq bilinmir.

Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyinin ictimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə qeyd edilən rəqəmlərin fantastik iddia olduğunu qeyd edib. E.Hacıyevin sözlərinə görə, Azərbaycanda polis sayı BMT-nin hesabat indeksinə görə olduqca azdır. Belə ki, ölkədə əhalinin hər 100 min nəfərinə 290 polis düşür.

Elşad Hacıyev Elşad Hacıyev

"Bu rəqəm; Rusiyada 509, Serbiyada 492, Yunanıstanda 491, Ukraynada 355, Estoniyda 302, Fransada 333 və Türkiyədə 321 təşkil edir" - deyə E.Hacıyev əlavə edib. Hacıyev, qeyd edilən rəqəmləri büdcə təsnifatı üzrə araşdırmağı da tövsiyə edib.

İndi, İsveçə göz ataq. Bir neçə gün öncə həmyerlimiz qırx üç yaşlı Ramil Mahmudov, yaşadığı İsveç Krallığının paytaxtı Stokholmda naməlum şəxslər tərəfindən qətlə yetirilib. Yaxınlarının ifadəsinə görə, Ramil sakittəbiətli olub və həyətə siqaret çəkmək üçün çıxdığı zaman təsadüf nəticəsində öldürülüb.

"İsveç Demokratları" partiyasının təklifləri arasında ölkədə polis sayının artırılması qeyd edilir. İsveçdə yaşayan azərbaycanlıların sözlərinə görə, kriminal hadisələrinin baş verməsinin qarşısının alınması üçün polis sayı artırılmalıdır və bu, gələn il seçkilərin nəticəsindən asılı olaraq dəyişə bilər. Yəni, "İsveç Demokratları" Partiyası seçkilərdə qalib olsa, İsveçdə də ictimai asayişin qorunması üçün polis sayının artırılması gündəmə gətiriləcək.

Azərbaycanda vəziyyətə gəldikdə isə, bəli, polis sayı, hüquqşüanasın iddia etdiyi kimi çox olmasa da, onlara ehtiyacımız var. Narkotiklərin dövriyyəsinin qarşısının alınması, digər hüquq pozulmaları zamanı ilkin müdaxilə və s. bu kimi hallarda polisin dəstəyi əvəzsizdir. Bəlkə gözə görünən bu "çoxluq", bəzi vətəndaşların ürəyincə deyil. Amma artan qadın qətlləri, qadına qarşı zorakılıq, intihar hallarının artması və s. fonunda bu "çoxluq" gücsüz qalırsa, bir də onların olmamasını düşünün.

Azərbaycanda polis niyə sevilmir?

Hər bir sahədə olduğu kimi hüquq mühafizə orqanları sıralarında da, vəzifəsinə və işinin məsuliyyətinə önəm verməyən şəxslər var. Və zamanla bu şəxslər, ələnərək sıralardan uzaqlaşdırılır. Məsələn; Nizami rayonunda həyat yoldaşını şöbədə qətlə yetirən polis əməkdaşı və yaxud Sabunçu rayonunda satmaq üçün şöbədən silah oğurlayan polis əməkdaşları kimi şəxslər, təbii ki, DİN sıralarında qala bilməz. Azərbaycandakı polisi, qanunları pozmağa meyilli şəxslər və bir də hüquqlarının yetərli şəkildə qorunmadığını düşünənlər sevmir. Hər tərəf özünə görə haqlı ola bilər. Amma reallıq ondan ibarətdir ki, bu gün Bakı yollarında xidmət göstərən DYP əməkdaşları olmasa, onsuz da tıxacla boğulan Bakıda vəziyyət bir qədər də ağırlaşar. Onu da qeyd edək ki, avtomobil yüksək sürətlə idarə etsə də, polis əməkdaşı və ya onun xidməti avtomobilini görən kimi sürəti azaldan sürücülər var. Qısacası, "qılınc müsəlmanıyıq". Başımızın üstündə çəkindiyimiz nə isə, olmasa özümüzü itirə bilərik. Meydanlarda polisin müdaxiləsinə gəldikdə, bu da qanunvericilikdən irəli gəlir. Əgər keçirilən aksiyalar və mitinqlər icazəsizdirsə, qarşısı alınmalıdır.

Nəzərə almalıyıq ki, Azərbaycan polisini dəyərsizləşdirməyə meyilli qüvvələr də var. Məsələn; bir müddət əvvəl feministlərin Xəzər Rayonu Polis İdarəsi qarşısında həyata keçirdikləri aksiyalara nəzər salaq. Polis İdarəsinin qarşısı qan rəmzi olaraq, qırmızı boya ilə boyanmışdı.

Bəzən bəzi polis əməkdaşları, vəzifələrindən sui-istifadə edərək polisin gözdən düşməsinə səbəb olur. Ancaq hər bir halda bütün dünya ölkələrində polisə ehtiyac var. Türkiyədə axşam saatlarında polislər, bütün yollarda yoxlamalar keçirir və vətəndaşlar avtomobillərdən kənara alındıqdan sonra avtomobilləri yoxlanılır. Və bu proses, istənilən şəhərdə hər gün axşam saatlarında baş verir.

Qısacası, müqayisə etsək, biz şükr etməyi öyrənməliyik. Bizim polisə ehtiyacımız var hələ. Çünki cəmiyyətimizdə özünü idarə edə bilən, qanunları bilən və ona əməl edə bilənlərlə yanaşı, digərlərinin hüququnu pozmadan yaşamağı bilməyənlər də var. Bu bir problemdir və bu həll ediləndən sonra polisə qarşı nifrətimiz də qalmayacaq...

İlahin, Bizimyol.info

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »