Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Süd vəzi xərçəngi nədir: Necə aşkarlamalı və müalicə etdirməli...
Süd vəzi xərçəngi nədir: Necə aşkarlamalı və müalicə etdirməli...

Süd vəzi xərçəngi, son dövrlərdə qadınların qorxulu kabusuna çevrilib. Heç bir əlamət olmadan yaranan və gec hiss edildiyi təqdirdə, ölümlə nəticələnən bu xəstəliyin qarşısını almaq üçün qadınlar bədənlərinə qarşı çox diqqətli olmalıdır. Nə qədər qəribə olsa da, süd vəzi xərçəngi 100/1 kişilərdə də müşahidə edilir.

Müsahibimiz İstanbul Tibb Fakültəsi (Çapa Tibb) Ümumi Cərrahiyə Elmi Şöbəsinin müəllimi və süd vəzi cərrahiyəsi mütəxəssisi, "Süd vəzi Sağlamlığı Dərnəyi"-nin yaradıcı üzvlərindən, idarə heyətinin üzvü Dossent, həkim Beyza Özçınardır.

Beyza Özçınar Beyza Özçınar

Qeyd edək ki, "Memeder" - "Süd vəzi sağlamlığı Dərnəyi" 2007-ci ildə yaradılıb və cəmiyyətini süd vəzi sağlamlığı haqqında məlumatlarını artırmaq üçün həm elmi, həm də sosial fəaliyyətləri olan ictimaiyyət üçün yaralı bir dərnəkdir.

- Beyza xanım, süd vəzi xərçəngi nədir?

- Süd vəzi xərçəngi süd vəzinin normal toxumasında yer alan hüceyrələrin bir sıra genetik və ya ətraf mühit zərərli amillər nəticəsində idarə edilməyəcək qədər artmağa başlaması və kütlə yaratmasıdır.

Süd vəzi xərçəngi daha çox qadınlarda olur. Belə ki, hər 100 süd vəzi xərçənginin 99-u qadınlarda biri kişilərdə müşahidə edilir. Xüsusilə, ailəsində süd vəzi xərçəngi olan şəxslərdə risk böyük olur. Bununla yanaşı, daha az təsirli faktorlar aşağıdakı kimidir: İlk menstruasiyasını 12 yaşından öncə görməsi, 55 yaşından sonra klimaks olmaq, heç uşaq dünyaya gətirməmək və ya ilk uşağı 35 yaşından sonra dünyaya gətirmək. Heç uşaq əmizdirməmək, uzun illər hamiləliyə qarşı dərmanlar və ya hormon müalicəsi olmaq, siqaret və spirtli içki qəbulu və köklükdür. Yaş keçdikcə, süd vəzi xərçəngi riski də artır.

- Süd vəzi xərçənginin əlamətləri hansılardır?

- Süd vəzi xərçənginin ən çox müşahidə edilən əlaməti, ələ gələn kütlədir. Bununla yanaşı, süd vəzi səthində geri çəkilmə, süd vəzi ucunda içəri dönmə, qanlı və ya su kimi süd vəzisi ucu axıntısı, süd vəzisinin ucunda qabıqlanma, süd vəzisində qızarma, şiş və ya portağal qabığı görüntüsünün yaranması və s. əlamətləri var.

- Süd vəzi xərçəngi diaqnozu necə qoyulur və hansı müalicə üsulu var?

- Süd vəzi şikayəti ilə gələn qadınlarda əvvəlcə həkim tərəfindən fiziki müayinə aparılır. Daha sonra 40 yaş və yuxarı yaşlarda mamoqrafiya çəkilməsinə ehtiyac var, sonra USM edilir. Xəstə 40 yaşından kiçikdirsə, əvvəlcə USM edilir, ehtiyac olduğu təqdirdə mamoqrafiya çəkilir.

- Sizin təşkilat bu istiqamətdə hansı işləri görür?

- Bizim təşkliat, 2009-2019-cu illərdə 10 illik süd vəzi xərçəngi müayinəsi layihəsi hazırladı. Layihədə 10 min qadını müayinə edərək, hardasa 150 qadında süd vəzi xərçəngi aşkarladıq. Heç bir şikayəti olmayan 40-69 yaşında olan bu qadınlarda aşkarladığımız süd vəzii xərçənglərinin cəmiyyətdə süd vəzindən şikayəti olaraq və yaxud ələ gələn şikayəti ilə müraciət edən qadınlarda müşahidə edilən süd vəzisi xərçənginə görə, daha erkən mərhələdə aşkarladığımızı gördük. Buna görə də, bütün qadınlarda 40 yaş və sonrası heç bir şikayəti olmasa belə, mütəmadi olaraq ildə 1 dəfə həkimdə süd vəzi müayinəsi olmalarını və mamoqrafiya çəkdirmələrini tövsiyyə edirik. Ancaq ailəsində süd vəzi xərçəngi olanlar daha tez müayinəyə başlamalıdır. Belə qadınların həkimləri ilə görüşərək fərdi şəkildə izlənilmələri əhəmiyyətlidir.

15 ildir ki, həm elmi toplantılarda, həm də çoxsaylı sosial fəaliyyətlərdə süd vəzi xərçəngi dərsləri verərək, insanların diqqətini bu istiqamətə yönəltməyə çalışırıq.

- Hanı yaş aralığında qadınlarla işləyirsiniz?

- Biz 18 yaşından böyük bütün qadınlarla çalışırıq. Ancaq müayinələr daha çox 40-69 yaş arası qadınlara tövsiyyə edilir. Daha gənc qadınlara ayda bir dəfə öz süd vəzilərini müayinə etməyi və 2 ildə bir dəfə həkimə gedib süd vəzi müayinəsi olmalarını tövsiyyə edirik.

- Süd vəzisi xərçəngi kişilərdə də ola bilər. Bunun səbəbi nədir?

- Bəli, kişilərdə də süd vəzi toxuması ola bilər. Bəzi genetik və ətraf mühit faktorlarının təsiri ilə kişilərin süd vəzində xərçəng yarana bilər.

Bütün qadınlara sağlam və nizamlı qidalanmağı, həftədə ən az 3 gün 45-50 dəqiqə piyada gəzməyi, stresdən uzaq durmağa çalışmalarını, siqaret və spirtli içki qəbul etməməyi, kökəlməməyi tövsiyyə edirik. Eyni zamanda uşaqların 2 yaşa qədər əmizdirməyi və mütəmadi olaraq müayinəyə getməyi məsləhət görürük.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »