Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyarderlər Baydenin "vergi islahatı"na etiraz edirlər
Milyarderlər Baydenin "vergi islahatı"na etiraz edirlər

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və sahibkar İlon Mask çərşənbə günü ABŞ Konqresində Demokratlar Partiyasının nümayəndələri tərəfindən irəli sürülən “milyarderlər üçün vergi” tətbiq eilməsi ilə bağılı müraciətə qarşı çıxış ediblər.

Bizimyol.info xəbər verir ki, keçmiş ABŞ liderinin sözlərinə görə, vergi tətbiq olunarsa, amerikalı milyarderlər başqa ölkəyə getməyə üstünlük verəcəklər: “Mən bütün bu ölkələrin müdrik rəhbərliyini tanıyıram və onlar radikal sol manyakların Konqresdə etdiklərindən məmnundurlar. Qərar qəbul olunarsa, milyarderlər həmi ölkələrə daşınacaqlar".

Eyni zamanda keçmiş Amerika lideri "bu verginin tətbiq olunacağı təqdirdə, hazırkı prezident yenidən namizədliyini irəli sürə biləcəkmi?", - deyə ritorik sual verib. “Düşünürəm ki, mən sağ qalacağam, amma çoxları qalmayacaq”, - deyib.

Öz növbəsində Mask Twitter-də vurğulayıb ki, əhalinin ən varlı təbəqələri üçün verginin tətbiqi ABŞ-ın 28,9 trilyon dolları keçən dövlət borcu probleminin həllinə kömək etməyəcək: "Bütün milyarderlər üçün hətta 100 faizlik vergi tətbiqi belə bu məbləğin yalnız bir qismini ödəyə bilər. Ona görə də, dövlət təbii ki, vəsaitin qalan hissəsini sadə əhalidən alınacaq", - deyə sahibkar bildirib.

Açıqlanan planlara görə, vergi 1 milyard dollardan çox aktivləri olan və ya ardıcıl üç il ərzində ən azı 100 milyon dollar gəlir əldə edən amerikalılara şamil ediləcək. Ümumilikdə, 700-dən çox insana təsir edə bilər.

Gəlirlərin ABŞ prezidenti Co Bayden administrasiyasının sosial və iqtisadi gündəmini maliyyələşdirmək üçün istifadə olunacağı güman edilir.

Bayden əvvəllər bəzi hallarda gəlirlərinə görə praktiki olaraq heç bir vergi ödəməyən amerikalı milyarderləri və iri korporasiyaları tənqid edib. Onun sözlərinə görə, ən varlı amerikalılar hər il təxminən 160 milyard dollar vergi ödəməlidirlər. Bu pulun bir hissəsi, Baydenin ideyasına görə, əsasən infrastruktur layihələrinin inkişafına yönəldilməlidir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »