İnsanlar sosial şəbəkələr vasitəsi ilə narkotik satışına cəlb edilir.
Bizimyol.info xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı video yayılıb. Videoda, İran vətəndaşı kimi özünü təqdim edən şəxsin yazdığı səsli mesajlar yer alıb. Bu səs yazılarında həmin şəxsin tanımadığı insaları açıq-aşkar narkotik satışına cəlb etmək istəməsi öz əksini tapır.
Görünür, həmin şəxslər istənilən sosial şəbəkə hesablarına yazaraq, özlərinə kuryer axtarırlər. Pula ehtiyacı olan insanları bu yolla aldadıb, cinayətə sövq edirlər.
Qeyd, ümidvarıq ki, hüquq-mühafizə orqanları məsələ ilə bağlı ölçü götürəcək.
Leyla Mirzə