Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aclıqdan qız övladlarını satırlar
Aclıqdan qız övladlarını satırlar

“Taliban”ın tarixdə ikinci dəfə hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstanda iqtisadi və sosial vəziyyət bir az da ağırlaşıb. Ölkədə bəzi ailələr qız övladlarını satışa çıxarmaq məcburiyyətində qalıb. Ən azı qız uşağını erkən ərə verməyi düşünürlər ki, ailənin yükü azalsın.

Bizimyol.info xəbər verir ki, Əfqanıstanda qızların satılması və ya ibtidai sinif yaşında ərə verilməsi çox yayılıb. Amma “Taliban” hakimiyyəti dövründə proses bir az da sürətlənib. İndi Asiya ölkəsi özünün ən ağır dönəmləridən birini yaşayır. Ölkədə böyük aclıq hökm sürür.

Son aylar qız uşaqlarının satılması çox artıb. 8 yaşlı Aşo da bu taleyi yaşayıb. Onu 23 yaşlı oğlana 300 min əfqaniyə (təxminən 3 min dollar) satıblar. Yaşyarım olan Şükriyyəyə isə atası 2800 dollar qiymət qoyub. Aşonun anası Bibigül deyir ki, onlar doğru addım atmadıqlarını bilirlər: “Acından ölürük. Borcları da qaytarmaq lazımdır. Başqa seçimimiz qalmamışdı. Əlbəttə, pis iş tutmuşuq. Allah və onun peyğəmbəri heç vaxt deməyiblər ki, belə edə bilərsiniz”.

Məhəmməd Assan etiraf edir ki, o da iki qızını satmaq məcburiyyətində qalıb. Çünki ailə ciddi aclıq çəkirmiş. Başqa iki qız atası Kaylan Nəcibəni necə satdığından danışır: “Mən onu 500 dollara satmışam. Əri pulun yarısını ödəyib. Qalanını ödəyəndən sonra gəlib qızımı götürə bilər”.

Valideynlər heç də həmişə qız övladı müqabilində pul almırlar. Onlara mal-qara və silah da təklif olunur.

“Taliban” Əfqanıstanda hakimiyyəti avqustun 15-də ələ keçirib. Bundan sonra ölkəni onminlərlə vətəndaş tərk edib. Onların əksəri Türkiyəyə və Pakistana üz tutub. Qərb insan haqları institutları milyondan çox əfqanın ölkədən getməyi arzuladığını bildirir. Əfqanıstanda aclıqla yanaşı, narkomaniyanın miqyası da böyüyüb. Ölkədə hər 10 nəfərdən 1-i zərərli vərdişlərin əsirinə çevrilib. Beynəlxalq təşkilatlar “Taliban” dövründə maddi yardımlar göstərməyə tələsmir.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər