Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsində məscidi bağlayıblar
Avropa ölkəsində məscidi bağlayıblar

Fransanın Sarta bölgəsində müsəlmanlarla bağlı qalmaqal yaranıb. Yerli departamentin qərarına görə, Allon kəndindəki məscid 6 aylıq bağlanıb. Prefektura dini məbədin terrorizmə dəstək verdiyini iddia edib.

Bizimyol.info xəbər verir ki, Fransa Fransa Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Burada məsciddə oxunan dualar zamanı cihada çağırışlar səsləndirildiyi bildirilib. Qurum hesab edir ki, belə davranış Fransaya nifrətə xidmət edir. İddiaya görə, orada çıxış edən din adamları Fransa xalqını “düzgün yolda olmayan” və “islamofob” adlandırır.

Fransa Daxili İşlər Nazirliyi araşdırmanın nəticələrini də açıqlayıb. Bildirildiyinə görə, məscidi idarə edən “Juste Milieu” və “Əl Qalam” assosiasiyaları 2020-ci ildə dini məbədə gələnləri Fransanın İslama müharibə açdığına inandırmağa çalışırmış. İndi Sarta prokurorluğunu yerli müsəlman icmasının nümayəndələrinin fəaliyyətinin təhqiqatı ilə məşğuldur.

Bizimyol.info

Paylaş »
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Fransa ilə İngiltərə arasında gərginlik artır
Son xəbərlər
Bütün xəbərlər »