Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkələrin qurbanları…
Sosial şəbəkələrin qurbanları…

Bu gün cərrahiyyə və gözəllik kosmetologiyası rekord miqyasa çatıb. Sosial şəbəkələr və zorla qəbul etdirilmiş stereotiplərin qaçılmaz təsirində olan nəsil yəni ,biz, gözəllik standartları uğrunda gedən müharibənin ilk qurbanlarıyıq. Sosial şəbəkələrdəki ideal gözəlçə obrazları ilə demək olar ki, hamı bihuş olmuş vəziyyətdədir. Artıq təbii görünüşlü xanımlara fikir verilmir, bu şəxslər baxımsız hesab olunur. Dəbdə olan isə parlaq jurnal şəkillərindəki saxta ideallara bənzəyən və vahid görünüşə sahib olan xanımlardır.

İllər əvvəl analarımızın, nənələrimizin heç ağlına gəlməzdi ki, gələcək nəsil almacıqlarını kontur plastikası, yanaqlarını pis toxumaların liposaksiyası, dodalarını gellərlə şişirdib gözəl və ehtiraslı olmağa çalışa bilər. Əksinə onların dövründə təbii gözəllik daha yüksək tutulurdu və baxımlılıq anlayışı indiki kimi ucuzlaşdırılmamışdı.

Gülməlisi isə odur ki, parlaq jurnal şəkillərində xanımlara oxşamağa çalışanlar anlamırlar ki, bu şəkillər bolluca fotoşopla işlənib. Şəkildəkilər real həyatda heç də bu qədər qüsursuz deyil.

Şəhərin elit təbəqələrinin getdiyi yerlərdə, restoranlarda vəziyyət o qədər acınacaqlıdır ki, kimin kim olduğunu seçmək üçün gərək detallı araşdırma aparasan. Çünki hamısı slikonlu yanı, sinəsi, hialuron turşusu ilə doldurulmuş yanaqları və çənələri, yuxarı dartılmış bir qarış burnu və şişirdilmiş dodoqları, çini çanaq rəngində təbəssümü, botoxdan mimikalarını itirmiş sifəti, qaynaq edilmiş saçları, yelpiyə bənzər kirpikləri, çaynaqa bənzər dırnaqları və saxta göz rəngləri ilə standart hal alıb.

Əvvəl “ağ maya” deyib, bəyənilən dəri rəngi isə artıq dəbdən düşüb. Solarium vasitəsi ilə hamı bir-birindən daha qara dəri rənginə sahib olmaq üçün az qala savaşa girib.

Bu qədər eyniləşmək üçün isə milyonlarla pullar xərclənir. Həqiqətən də dünyanın sonu bu deyilmi?

Leyla Mirzə

Paylaş »
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Rusiya “omicron”la bağlı iddialara cavab verdi
Son xəbərlər
Bütün xəbərlər »