Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Çinlə bağlı narahatlığını bildirdi
ABŞ Çinlə bağlı narahatlığını bildirdi

“ABŞ Çinin hərbi modernləşdirilməsini narahatlıqla izləyir və bunu regional sabitliyə təhlükə kimi görür”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki deyib. O, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millinin Çinin hipersəs silahlarının sınağını 1957-ci ildə SSRİ-də ilk süni Yer peykinin buraxılması ilə müqayisə edən bəyanatını şərh edib.

"Əlbəttə, general Millinin şərhlərini gördüm. Düşünürəm ki, Çinin hərbi modernləşdirmə səyləri ilə bağlı hamımızın yaşadığı narahatlığı çatdıra bildim. Onlar regionda gərginliyi artıran imkanlar üzərində işləməyə davam edirlər və biz bundan narahat olmağa davam edirik”, - deyə Psaki qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »