Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Oğluma polis bölməsində ağır işgəncələr verilir” - DİN-dən ittihama cavab
“Oğluma polis bölməsində ağır işgəncələr verilir”  - DİN-dən ittihama cavab

“Övladım Məcidov Orxan Eldar oğlu Sabunçu Rayon Polis İdarəsi tərəfindən şərlənərək həbsə atılıb. Hansı ki oğlum Orxanın heç bir cinayət törətmədiyini şərlənərək həbsə atılmasını təsdiq edən konkret və mötəbər subutlar var”.

Bu sözləri Göyçay rayonu Şıxbəy kənd sakini Məcidova Pakizə Piri qızı Bizimyol.info-ya bildirib. Onun sözlərinə görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Orxana ağır işgəncə verib törətmədiyi cinayəti zorla boynuna qoymaq istəyirlər.

“Oğlum Orxan Bakı şəhəri Sabunçu rayonunda yerləşən "İvanovka" adlı kafedə işləyirdi.Onunla həmin kafedə işləyən Xəlilova Aysel İsimxan qızının övladı Məryəm ora tez-tez gəlirdi.O anasının əxlaqsız hərəkətlərindən bezdiyi üçün oğlum Orxana deyib ki, rayona evinizə getsən mənidə özünlə apar əks halda mən bezmişəm körpüdən qatarın altına atıb özümü öldürəcəm. Oğlum Orxan vaksinasiya olmaq üçün Göyçaya evimizə gələndə Məryəm onunla məcburi şəkildə gəlib.Hətda Məriyəmin anası mənə zəng edib dedi ki, qızım Orxanla sizə gedib onları apar mollaya kəbinlərini kəsdir. Mən ondan Məryəmin yaşını soruşanda dedi ki, 8-ci sinifdə oxuyur 14 yaşının içindədir. Mən ona dedim ki, ay xanım sən dəlisən nəsən 14 yaşlı uşaqla kəbin kəsmək olmaz. Buna görə Məryəmin anası tez gedib Sabunçu Rayon Polis İdarəsinə şikayət edib deyib ki, Məcidov Orxan azyaşlı qızımı aparıb onun bakirəliyini pozub. Buna görə 03 oktyabr 2021-ci il tarixdə oğlumu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları gəlib həbs edib aparıb ona ağır dözülməz işgəncələr veriblər. Məqsədləri o olubki oğlum Orxan desin ki, azyaşlı Məryəmin bakirəliyini pozub. Oğlum etmədiyi cinayəti boynuna almayıb. Ekspert keçirilib və Məryəmin bakirə olması təsdiq olunub. Bundan sonra böhtanın keçə bilməyəcəyini görən polislər əxlaqsız Aysel Xəlilova ilə əlbir olub oğlum Orxanın azyaşlı Məryəmə qarşı əxlaqsız hərəkətlər etməsini qeyd ediblər.

Qeyd edim ki, azyaşlı Məryəm bizdə qaldığı müddətdə mənim yanımda olub mənimlə bir yerdə yatıb mən onu balam kimi 2 gün evimizdə saxlamışam. Əxlaqsız Aysel Xəlilovanın məqsədi azyaşlı qızı Məryəmi oğlum Orxana ərə vermək olmuş, mən buna qarşı çıxdığım üçün övladımı şərləmişdir.

Hətda bizdə olduğu müddətdə azyaşlı Məryəm öz xətti ilə yazıb bildirmişdir ki, ailəmizdəki problemlərdən bezmişəm buna görə mən Sabunçu rayonunda yerləşən qırx pilləkən körpüsündən özümü atmaq istəyirdim buna görə Orxana zəng edib dedim ki, məni özünlə evinizə aparmasan intihar edəcəyəm, buna görə Orxan mənə söz verdi ki, səni ailəmin yanına aparacam. Mən özüm gəlmişəm Orxan mənə qarşı heç bir tərbiyəsizlik etməyib o mənə bacısı kimi yanaşıb münasibət göstərib”.

Şikayətçinin sözlərinə görə, Sabunçu RPİ-si həmin əlyazmanı sübut kimi qəbul etmək istəmir.

“Məqsəd nəyi bahasına olur olsun oğlum Orxana qarşı qondarma ittihamı həyata keçirib onu məhkum etdirməkdir.

Qeyd edim ki, Xəlilova Aysel İsimxan qızı əxlaqsızlıqla məşğul olur. Onu Sabunçu Rayon Polis İdarəsi açıq-aşkar himayə edir.

Ayselin məqsədi qızını oğlum Orxana ərə vermək olmub, ancaq mən buna qarşı çıxdığım üçün polislərlə əlbir olub oğlumu şərlədərək həbsə atdırmışdır. Oğlumun barəsində qanunsuz açılmış cinayət işi saxtakarlıqla istintaq edilir ona ağır işgəncə veriblər.

Oğlum Orxan xəstəlikdən əziyyət çəkir .Buna görə o uzun illərdir ki, 2-ci qrup əlildir. Həyat yoldaşım onkoloji xəstədir, kiçik oğlumda əlildir. Bizim ailəyə qarşı edilən bu qanunsuzluq vəzifə cinayətidir”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Bizimyol.info-ya açıqlama verilərək bildirilb ki, Sabunçu Rayon Polis İdarəsi bu işi hadisə baş verən yerə yəni, Göyçay rayonuna göndərib və Göyçay Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılacaq.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »