Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AQTA 3 kafe və restoranı cərimələyib
AQTA 3 kafe və restoranı cərimələyib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 406 ictimai iaşə obyektində 726 monitorinq keçirib.

AQTA-dan "Report"a verilən məlumata görə, monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Badamdar ştq, Ə.Nəzərov küçəsində yerləşən, fiziki şəxs Hacıyev Sənan Xaliq oğluna məxsus kafe;

2. Bakı şəhəri, Xətai ‎ rayonu, Babək pr. 56 ünvanında yerləşən, hüquqi şəxs "Resant Consulting And Managment" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Mala Praga” restoranı;

3. Bakı şəhəri, Nizami‎ rayonu, Qarayev pr. 39 ünvanında yerləşən, hüquqi şəxs "Es-Er" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Biz-bizə” restoranı.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› Yas içindəykən... etiraz
Son xəbərlər
Bütün xəbərlər »