Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sağlam nəsil davamı üçün necə qidalanmaq lazımdır...
Sağlam nəsil davamı üçün necə qidalanmaq lazımdır...

Kişiləri maraqlandıran mövzulardan biri də hər zaman cinsi istəyin və sperma keyfiyyətinin yüksək olmasıdır. Əksər kişilər, sperma hərəkət problemi yaşayırlar.

Mütəxəssislərə görə, bu vəziyyət, sperma istehsalı zamanı bədəndə olan oksidant maddələrlə əlaqəlidir. Bu problemi tərkibində antioksidant olan bitki və tərəvəzlərlə aradan qaldırmaq mümkündür. Bəzi meyvə-tərəvəz və bitkilər, spermanın hərəkətini düzənləyir. Qəbul etdiyiniz qidalardan spermanın tərkibinə vitamin və minerallar keçir.

Keçibuynuzu

Kişilərdə cinsi gücü artırmaq üçün yüz illərdir ki, keçibuynuzundan istifadə edilir. Keçibuynuzu bitkisinin tərkibində, sperma ilə yumurtaların birləşməsinə təsir edən və fermentlərin aktivliyini artıran vitamin və sink var. Sink əhəmiyyətli antioksidant maddədir.

Pomidor və kartof

Tərkibində E vitamini olan bu tərəvəzlər, spermanı oksidativ stresdən qoruyaraq hərəkətliliyini artırmaqla yanaşı, yumurta daxilinə girmə səviyyəsinin yüksəlməsinə təsir göstərir. E vitamin; pomidor, fındıq, kartof və balıq yağının tərkibində var.

Zəncəfil, ispanaq və gül kələmi

Tərkibi sinklə zəngin olan bitkilər arasında yer alan bu 3 bitki, sperma sayını və sürətini artırır. Tərkibində B6 vitamini olduğu üçün gül kələmi də tövsiyyə edilir. B6 vitamini gülkələmlə yanaşı, ispanaq, banan, soğan, brkoli, balqabaq, qırmızı kələm, lobya və turpda da var.

Dəmirtikanı və çakşır otu

Bu otları tapmaq asan olmasa da, spermanın keyfiyyətinin yüksəldilməsi üçün böyük faydaları var. Hind təbabətinə görə, dəmirtikanı otu, testosteron üzərində böyük təsirə malikdir. Bu ot, cinsi istəyi artırmaqla yanaşı sperma istehsalına da faydalıdır.

Balqabaq və günəbaxan

Sink və selenium kimi elementləri özündə birləşdirən, antioksidan təsirə malik olan bu bitkilər sağlamlıq üçün çox faydalıdır.

Sperma hərəkətinə və sayına təsir edən sink və selenium; süd, badam və qozun tərkibində də var.

Spermanın keyfiyyətini yüksəldən qidalarla yanaşı, serma parametrlərinə zərər verən qidalar da var. Buna sosiska, kolbasa, kremlər, kərə yağı, yağlı pendir, tam yağlı süd və s. daxildir. Bu qidalarda olan izoflavon adlı maddə, qadınlıq hormonu ostrogenə bənzər təsir yaradaraq, spermanın miqdarını, sayını, hərəkətliliyini və keyfiyyətini pozur. Bu səbəbdən də sağlam cinsi həyata sahib ola bilmək üçün belə qidalardan uzaq durmaq lazımdır.

Eyni zamanda yadda saxlamaq lazımdır ki, qəbul etdiyiniz qidaların qoxusu, dadı da spermaya təsir edir.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
Son xəbərlər
Bütün xəbərlər »