Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobillərə bayraq vurmaq qanunla necə tənzimlənir?
Avtomobillərə bayraq vurmaq qanunla necə tənzimlənir?

Əksər sürücülər vətənpərvər olduqlarını nümayiş etdirmək, bəziləri də göstəriş xatirinə avtomobillərinin şüşələrinə və ya arxa hissəsinə bayraq yerləşdirir, payız-qış demədən bayrağı küləyə, yağışa verib dəyərsizləşdirirlər.

Ötən il qələbə ili olduğu üçün ölkənin bütün bölgələrində avtomobillərə bayraqlar vurulurdu. Yol Polisi bununla bağlı dəfələrlə xəbərdarlıq etmişdi. Hətta Kamran Əliyev açıqlmasında bildirmişdi ki, həssas dövr olduğu üçün vətəndaşların bu istəyi nəzərə alınır. Ancaq çalışmaq lazımdır ki, bayraqlar çirklənəcək və ya görüntünü məhdudlaşdıracaq yerlərə vurulmasın.

Bu ildən DYP avtomobillərə bayraq vuran şəxslərə təkrar xəbərdarlıq edib. Yollarda narahatlıq olmaması üçün onlara bayraqların açılması tövsiyyə edilib. Bu barədə Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev də öz fikirlərini bildirib. O, qeyd edib ki, şəxsi nəqliyyat vasitələrinin müxtəlif hissələrinə bayraq vurula bilməz.

"Bayraq müqəddəsdir, bayraq ucalıqdır. Onu qorumaq, onu uca tutmaq hər birimizin müqəddəs vəzifəsidir, borcudur" - deyən Elşad Hacıyev bildirib ki, nəqliyyat vasitələrində vurulan bayraq, pərdə və ya günlük kimi istifadə olunmamalıdır. Belə ki, bayraqlar yağışın, küləyin təsirinə məruz qalır. Bunu nəzərə alaraq, yol polisi tərəfindən bu istiqamətdə profilaktik tədbirlər görülür.

"Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında Qanuna görə Dövlət Bayrağının yerləşdirilməli olduğu yerlər sırasında şəxsi nəqliyyat vasitələrinin şüşə və kuzalarına bayraq vurulması ilə bağlı qeyd yoxdur" - deyə E.Hacıyev əlavə edib. Onun sözlərinə görə, nəqliyyat vasitələrinin sürücüləri və sahibləri bu halları vaxtında aradan qaldırılmalıdır ki, yollarda narahatlıq yaranmasın.

Bayraq hansı halda avtomobilə vurula bilər?

Nəqliyyat məsələləri üzrə ekspert Fazil Məmmədovun sözlərinə görə, xüsusi günlərdə sevgini tərənnüm məqsədilə bayraqlardan istifadə etmək olar. Ancaq avtomobillərə bayrağın vurulması, pərdə kimi istifadə edilməsi, kuzanın üzərinə bayraq şəkli çəkilməsi yol verilməzdir. Onun sözlərinə görə, bu barədə İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət nəzərdə tutulmasa da, bayrağa hörmət vicdan məsələsidir.

"Bəzən avtomobillərə vurulan bayraqlar yağışın altında qalır, yollarda olan palçıq və digər çirkləndiricilərə məruz qalır, quşlar üzərinə yatır və bayraq dəyərsizləşdirilir. Qanunda bununla bağlı maddə yoxdur. Amma hər bir vicdanlı şəxs bayraqla belə davranışa yol verməməlidir. Bəli, uzaqdan cəlbedici görünür, baxanda insan qürurlanır. Ancaq göstəriş naminə bayrağı alçatmaq olmaz. Təkcə avtomobillər deyil, bəzən evlərin eyvanına bayraq vurulur. Yağışa küləyə, məruz qalır, cırılır, parçalanır",- deyən ekspert bildirib ki, bayraqların təkcə avtomobillərə deyil, eyni zamanda açıq hava məkanlarında, eyvanlarda asılmasına da nəzarət edilməlidir.

Bəli, bayraq müqəddəsdir. Dünyanın hansı ölkəsində olursa olsun, üç rəngli bayrağımızla qarşılaşanda insanın ürəyi əsir. Amma bu fonda bayrağımızı paltar edib əyninə geyənlər, yataq edib altına sərənlər də az deyil. Hələ bayrağımızı tərsinə asanları demirəm. Reklam xatirinə bayraqdan istifadə edənləri, bayraqları ayaqlarının arasına qoyanları, daha çox saya bilərəm. Məncə İnzibati Xətalar Məcəlləsində bu məsələyə toxunulsa yaxşı olar. Ən azından bir neçə nəfərin cəzalandırılması bayrağımızı dəyərsizləşdirənlərə bir dərs olmuş olar.

İlahin, Bizimyol.info

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »