Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hansı bitki çayları sağlamlığınıza yardım edə bilər...
Hansı bitki çayları sağlamlığınıza yardım edə bilər...

Xəstəliklərin çox olduğu qış aylarında bitki çayları içmək, sağlamlığınızı qorumaqla yanaşı immunitetinizi gücləndirə bilər. Qışda xəstəliklərdən qorunmağın yollarından biri, məhz bitki çayları içməkdir. Bitki çayları, bədəndə antibakteriyal bir təsir yaradaraq mikroblara qarşı müqaviməti artırır.

Antioksidant və C vitamini ilə zəngin olan bitki çaylarını həddən artıq çox içməməyə diqqət etməlisiniz. Xüsusi qarışıqlardan ibarət olan bitki çaylarının həddən artıq içilməsi sağlamlıq üçün zərərli ola bilər.

Qış aylarında hansı çaylardan içilə bilər?

  1. Melisa çayı

    Narahatlıq və yorğunluq kimi problemləri aradan qaldıran melisa çayı, qış aylarında yaranan depressiv təsirləri də azaldır. Melisa çayını yatmamışdan əvvəl içmək, daha rahat yatmağınıza kömək edəcək.

    Melisa çayı, qış aylarında isti içilməlidir və daha dadlı olması üçün içinə bir dilim limon atmaq olar.

  2. İtburnu çayı

    Dərini qoruyan, dərinin elastikliyini artıran itburnu çayı, immun sistemi gücləndirən tərkibi ilə qış çayları arasında yer alır. Xəstəliklərə qarşı müqaviməti artıran itburnu, C vitamini ilə zəngindir. Gündə 2-3 stəkan içilən itburnu çayı, soyuqdəyməni aradan qaldırır və sidik yolu problemlərini də sağaldır.

  3. Zəncəfil çayı

    Qış xəstəliklərini aradan qaldıran zəncəfil çayı, eyni zamanda həzm sistemini qaydasına salır.

    Soyulmuş zəncəfili kiçik dilimlərə bölərək 10 dəqiqə qaynadın. Çay qaynadıqdan sonra üzərinə 1 çay qaşığı bal və bir az limon şirəsi əlavə edərək içə bilərsiniz.

  4. Çobanyastığı çayı

    Sakitləşdirici təsirə malik olan çobanyastığı çayı, ağız daxilində olan yaraları sağaldır və boğaz ağrısını aradan qaldırır. Eyni zamanda stresi götürür. Yatmamışdan əvvəl bir stəkan çobanyastığı çayı içsəniz, dərin yuxuya gedə bilərsiniz.

  5. Nanə çayı

    Qış aylarında mədə yanmasını aradan qaldırmaq, ürəkbulantısının qarşısının alınması üçün içilən ən təsirli çaylardan biri də nanə çayıdır. Nanə çayını, bir dilim limonla daha dadlı hala gətirmək olar.

  6. Darçın çayı

    Qış çayları dedikdə, darçın çayı da unudulmamalıdır. Boğaz ağrısı üçün son dərəcə təsirli olan darçın çayı, soyuqdəymə əlamətlərini də azaldır. Darçın çayını, bir çay qaşığı bal və limonla dadlı edə bilərsiniz.

Bütün bunlarla yanaşı; yaşıl çay, ihlamur, ada çayı, gülxətmi çayı da qış aylarında sağlamlığı qorumaq üçün faydalı çaylardır.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »