Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik

ABŞ Konqresinin 11 üzvü prezident Co Baydenə və dövlət katibi Antoni Blinkenə məktub yazaraq "F-16"ların Türkiyəyə satışının dayandırılmasını istəyiblər.

Bizimyol.info "haberturk"ə istinadən xəbər verir ki, məktubda: “Prezident Ərdoğanın Rusiyadan yeni "S-400" hava hücumundan müdafiə sistemi alacağını bəyan etməsindən sonra, Türkiyəyə ABŞ istehsalı olan döyüş təyyarələrini sataraq öz milli təhlükəsizliyimizi riskə ata bilmərik", - deyə bildirilib.

“Bildiyiniz kimi, Tramp administrasiyası dövründə Türkiyə Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemini aldığı üçün rəsmi olaraq Türkiyəni "F-35" proqramından çıxarmışdı. Administrasiya "F-16"ların satışını təsdiqləsə belə, Konqres bu məsələdə o qərara qarşı çıxacaq. ABŞ-ın hazırda Türkiyəyə hərbi texnika göndərməyə imkanı yoxdur”.

“Reuters”in verdiyi xəbərə görə, Ağ Ev məsələ ilə bağlı açıqlama verməyib. Dövlət Departamentinin rəsmiləri isə Konqresin məktubu ilə bağlı vəziyyəti şərh edə bilməyəcəklərini bildiriblər.

Bildirilib ki, məktubun respublikaçı Nikol Malliotakis və demokrat Kerolin Maloneinin rəhbərliyi altında yazılıb.

Reuters oktyabrın 8-də bildirib ki, Türkiyə 40 "F-16" və 80 F-16 modernizasiya dəsti almaq üçün ABŞ-a müraciət edib.

Oktyabrın 17-də Türkiyənin ABŞ-dan 40 ədəd "F-16" almaq istəyi olub-olmaması ilə bağlı sualı prezident Ərdoğan, “ABŞ belə bir təklif edib”, - deyə cavablandırıb.

Prezident Ərdoğan, “Bu məsələ məlum "F-35" məsələsi ilə bağlıdır, ona görə də belə bir niyyətimix yoxdur. Amma söhbət "F-35"lər üçün etdiyimiz ödənişdən gedir ki, bu da 1 milyard 400 milyon dollardır. Bu ödənişlər qarşısında ABŞ belə bir təkliflə çıxış edib. Biz də dedik ki, ölkəmizin müdafiə ehtiyaclarını ödəmək üçün nə lazımdırsa, onu edəcəyik”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »