Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqlim dəyişikliyi Azərbaycana necə təsir edir?..
İqlim dəyişikliyi Azərbaycana necə təsir edir?..

İqlim böhranının sağlamlığa təsirləri getdikcə artır. Qlobal böhranla mübarizə proqramlarından sonra sağlamlıq sahəsində olan bərabərsizlikləri aradan qaldırmaq üçün yeni proqramların hazırlanmasına ehtiyac duyulur.

BMT və 38 akademik təşkilatın birgə hazırladığı Lamcet Sağlamlıq və İqlim Dəyişikliyi Geri sayım Hesabatına görə, iqlim dəyişikliklərinin təsirlərini azaltmaq, ədalətli və uzun müddət davam edə biləcək bir gələcək yarada bilmək üçün qlobal səviyyədə təcili hərəkətə keçmək lazımdır. Qlobal istiləşmənin artmasının planetdə yaradacağı təsirlərin əvəzini insan sağlamlığı ilə ödəniləcəyi və iqlim dəyişikliyinə səbəb olan emissiyaların daha az buraxıldığı, az gəlirli ölkələrin bundan daha çox təsirlənəcəyi qeyd edilir.

Qeyd edək ki, dünyada iqlim dəyişikliyinə uyğunlaşma paketlərində sağlamlıq sahəsinə ayrılan vəsaitlər ümumi iqlim dəyişikliyinin fondunun 0,3 faizini təşkil edir.

Hesabatda izlənilən 44 göstəriciyə görə, iqlim dəyişikliklərinin sağlamlıq üzərində təsirləri durmadan artır. Quraqlıq, qida təhlükəziliyi və yanğınlar riskləri artırır. Keçən il dünyada quru sahələrin 19 faizi quraqlıqdan təsirlənib. İqlim dəyişikliyi quraqlıq hadisələrinin artmasına da böyük təsir göstərib Su təhlükəsizliyini və qida ehtiyyatlarını təhdid edən iqlim dəyişikliyi səbəbi ilə meşə yanğınları və kirlədicilərə məruz qalma riski də böyüyür. Həddən artıq quraqlıq və qida ehtiyyatlarının az olmasından təsirlənən ərazilər arasında Afrika yer alır. 136 sahil ölkəsində aparılan araşdırmalar görə, 95 ölkədə dəniz səthinin istiliyinin yüksəlməsi bu ölkələrin dənizdən qaynaqlanan qida ehtiyyatlarına qarşı təhdid yaradır.

Baş verənlər dünyada gündəlik qida ehtiyacını dənizlərdən əldə edən 3,3 milyard insanı da təhdid edir. İqlim dəyişikliyi səbəbilə 65 yaşından yuxarı şəxslər, daha çox isti hava dalğalarına məruz qalır. İsti hava dalğaları daha çox Çin, Hindistan, Amerika, Yaponiya və İndoneziyadakı yaşlılara təsir edir. Hesabatın icraçı direktoru Antoni Kostello hesabatla bağlı danışarkən bildirib ki, iqlim dəyişiklikləri indidən insanlara zərər verməyə başlayıb.

"Bu gün bütün ölkələr həm də iqlim böhranının müxtəlif nəticələri ilə mübarizə aparır. Bu ilki hesabat 134 ölkədə meşə yanğınlarında artım olduğunu göstərir. Milyonlarla əkinçi, inşaat işçisi işləyə bilməyəcəyi qədər isti keçən günlər səbəbilə gəlirlərini itirir. Quraqlıq isə hər dəfəkindən daha çox yayılır. Hesabatdan 40-dan çox göstərici var və bunların çoxu qırmızı siqnal verir" - deyə Kostella bildirib.

"Bu il böyük isti hava dalğaları, ölümcül sellər və meşə yanğınları minlərlə insana təsir etdi. Bütün bunlar iqlim dəyişikliyi ilə mübarizə aparmadığımız hər gün daha ağrılı vəziyyət alır. COVID-19-dan sonra yenidən inkişaf edə bilmək üçün trilyonlarla vəsait yığılır, ancaq istixana effekti qazları azaltmaq üçün ayrılan vəsait çox cüzidir. Sağlamlıq böhranından sağlamlığımız bahasına qurtuluruq" - deyə M.Romanella əlavə edib.

İqlim dəyişikliyi Azərbaycana necə təsir edir?

Ekoloq Vaqif Əliyevin sözlərinə görə, iqlim dəyişikliyi digər ölkələrdə olduğu kimi Azərbaycandan da yan keçməyib. Bu özünü daha çox quraqlıq və su qıtlığı ilə göstərir.

"Havaya atılan emissiyalar, avtomobillərdən çıxan qazlar, fabrik və zavodların havaya buraxdığı zəhərli maddələr insan orqanizmi ilə yanaşı ətraf mühitə də mənfi təsir edir. Bəlkə biz bu gün bunun təsirlərini sağlamlığımız üzərində hiss etmirik. Ancaq gələcək nəsillər üçün bu vəziyyət heç də ürək açan olmayacaq" - deyə ekoloq bildirib.

Mütəxəssis qeyd edib ki, belə davam edərsə, xəstəliklərin artması gözləniləndir. Bunun qarşısını almaq üçün isə, birlikdə mübarizə aparmaq lazımdır: "Məsələn, bu gün Bakıda tıxaclar var və saysız avtomobillərdən atılan zərərli maddələr, Bakının havasını çirkləndirir. Xəstəliklərin statistikasına nəzərə salsaq, göstəricilərin Bakıda daha çox olduğunu görmüş olarıq. Kəndlərdə hava kirlənməsi daha az müşahidə edilir. Daha sağlam yaşamaq üçün kənd yerlərinə üstünlük vermək lazımdır".

Belə... Hər kəs şəhərə axışır. Təmiz kənd havası və saf bulaq suyunu bir kənara buraxıb, hər kəs şəhərdə yaşamağı arzulayır. Şəhərdə yaşamaq isə, sağlamlıq üçün təhlükəlidir. Səs kirliliyi, atmosfer kirliliyi və daha nələr...

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ "Taliban"ın qadınlarla bağlı fərmanını alqışlayır
Son xəbərlər
Bütün xəbərlər »