Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elon Mask "Forbes"in reytinqləri tarixində ən zəngin adamdır
Elon Mask "Forbes"in reytinqləri tarixində ən zəngin adamdır

Amerikalı sahibkar və "Tesla" şirkətinin baş direktoru İlon Mask "Forbes" jurnalının hesablamalarına görə, tarixin ən zəngin adamı olub.

Bizimyol.info xəbər verir ki, bu barədə "novayagazeta" məlumat verib.

Bildirilir ki, "Tesla" səhmlərinin 13% artması sayəsində iş adamının sərvəti 300 milyard dollara yaxınlaşır. Bazar ertəsi günün sonunda "Forbes" sahibkarın ümumi aktivlərini 271,3 milyard dollar qiymətləndirib. Bu, cümə günü ilə müqayisədə təxminən 41,7 milyard çoxdur.

Hazırda "Forbes Real Time" reytinqi Maskın ümumi sərvətini 253,8 milyard dollar qiymətləndirir, lakin onun bazar ertəsi əldə etdiyi rəqəm hələ də mütləq rekorddur.

Biznesmenin aktivlərinin əsas hissəsi "Tesla"nın səhmlərinin 21%-ni təşkil edir. Bundan əlavə, Mask qurduğu kosmik texnologiya şirkəti "SpaceX"də payına sahibdir.

Əvvəl tarixin ən varlı adamları siyahısına "Amazon" sahibi Ceff Bezos başçılıq edirdi. İyun ayında onun şirkətinin səhmləri zirvəyə çatdı və Forbes iş adamının sərvətini 212 milyard dollar qiymətləndirdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »