Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident şəhid ailələri və müharibə əlilləri ilə bağlı fərman imzalayıb
Prezident şəhid ailələri və müharibə əlilləri ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi yaradılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, fərman şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi, o cümlədən həmin məlumatların sistemləşdirilməsi və axtarışının avtomatlaşdırılması məqsədilə imzalanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

- altsistemin formalaşdırılmasını 1 (bir) ay müddətində təmin etsin;

- bu Fərmanda nəzərdə tutulan dövlət orqanlarının altsistemə çıxışını təmin etsin;

- altsistemə daxil ediləcək məlumatların, habelə qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə zəruri tədbirlər görsün;

- “Əlillik” (TSERAS) altsistemindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatların altsistemə ötürülməsini təmin etsin.

Son xəbərlər
Bütün xəbərlər »