Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib

Azərbaycan ordusunun Qarabağ müharibəsində uğurundan bütün dünya danışır. Bundan örnək götürənlər də az deyil. Konkret Ukrayna Azərbaycan təcrübəsindən istifadə etməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, postsovet ölkəsi “Bayraktar”la hücuma keçir. Ukrayna Azərbaycanın uğurundan sonra Türkiyə ilə anlaşıb. Artıq ölkənin şərqində “Bayraktar”la ilk hücum həyata keçirilib. Donbass ərazisində separatçı qüvvələrin artilleriya mövqelərinə pilotsuz uçuş aparatları ilə zərbə endirilib. Baş komandan Valeri Zalujnı şəxsən özü hücum əmrini verib.

Rusiya mətbuatında yazılanlar belə deməyə əsas verir ki, Kreml özünə yer tapmır. Qərb mediası da məsələni diqqətdə saxlayır. “Bayratkar”ın Azərbaycan ordusunun qələbəsində böyük rol oynaması xüsusi vurğulanır. Yazılıb ki, pilotsuz uçuş aparatı Liviya və Suriyada da nəyə qadir olduğunu göstərmişdi. İstehsalçəı şirkətin rəhbərinin Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni olması ayrıca qeyd olunub.

Əslində, Ukrayna hələ 2019-cu ildə Türkiyə ilə anlaşmağa başlamışdı. Onda cəmi 12 pilotsuz uçuş aparatı alınmışdı. Qarabağ müharibəsindən sonra Ukraynanın Türkiyə ilə əməkdaşlığı intensivləşdi. Kiyev Ankaradan lazerlə idarə olunan kiçik ölçülü hava bombaları da aldı. Ukrayna hələlik yeni silahını Donbass ərazisində işə salmayıb. Hava bombaları, sadəcə, NATO ilə müştərək hərbi təlimlərdə sınaqdan keçirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »