Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Test imtahanlarında bəzi fənlər dəyişdirilir
Test imtahanlarında bəzi fənlər dəyişdirilir

Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirilir.

Nazirlər Kabinetinin 2021-ci il 9 sentyabr tarixli 252 nömrəli Qərarına əsasən, "Beynəlxalq münasibətlər” və "Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib.

III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupuna daxil edilən ixtisaslar olmaqla 2 altqrupa bölünməsi və TC altqrupuna daxil edilən "Beynəlxalq münasibətlər” və "Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur.

Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.

Abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

Qeyd edək ki, dəyişikliklər Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı layihəsinə əsasən, 2022/2023-cü tədris ilindən qüvvədə olacaq.

İlqar Orucov İlqar Orucov

Təhsil eksperti İlqar Orucov ixtisas qruplarında aparılan dəyişikliklərlə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, "Beynəlxalq münasibətlər” və "Regionşünaslıq” ixtisaslarının ikinci qrupdan çıxarılmasını doğru qərar qəbul edir.

“Dövlət İmtahan Mərkəzinin tələbə qəbulunda təqdim etdiyi yeniliklər təbii ki, Təhsil Nazirliyi ilə razılaşdırılmış formada həyata keçirilir. Düşünürəm ki, özlüyündə bu münasibət sağlamdır. Çünki biri imtahana hazırlaşır, digəri isə onun nəticələrini ölçür.

Ikinci qrupa daxil olan "Beynəlxalq münasibətlər” və "Regionşünaslıq” ixtisaslarının ikinci qrupdan çıxarılaraq, III ixtisas qrupuna daxil edilməsini doğru qərar qəbul edirəm. Çünki qeyd olunnan hər iki ixtisas daha çox üçüncü qrupa yaxın ixtisadlardır.

Düşünmürəm ki, dəyişiklik abiturientlər üçün çətinlik yaradacaq. Dəyişiklikdən sonra onların kifayət qədər imkanı olacaq ki, imtahana hazırlaşsınlar.

Digər tərəfdən ikinci qrupda iki alt qrupun yaradılması da abiturientlərin lehinə olan qərardır. Biz gənclərimiz üçün oxumaq, ali məktəbə daxil olmaq imkanlarını genişləndirməliyik. Düşünürəm ki, bu da əlavə bir imkandır”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Rusiya “omicron”la bağlı iddialara cavab verdi
Son xəbərlər
Bütün xəbərlər »