Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elastik corablar varikozu sağaldırmı?
Elastik corablar varikozu sağaldırmı?

Varikoz genişlənmə dünya miqyasında yetkin əhalinin təqribən 60 faizində görülən xəstəlikdir. Bu xəstəliyin yaranma səbəbləri isə müxtəlif ola bilir. Məsələn, uzun müddət ayaqüstə qalmaq və ya oturmaq qanın damarlarda hərəkətini çətinləşdirir və varikoz genişlənmənin yaranması üçün zəmin hazırlayır.

Bundan əlavə insanın həddindən artıq ağır çəkidə olması da ayaqlara düşən təzyiqi artırır. Təzyiqin artması isə klapanların fəaliyyətinin pozulmasına və varikoz genişlənmənin yaranmasına gətirib çıxarır.

Bir çoxlarımız bu xəstəliyin çarəsini yalnız elastik corablarda görürük və düşünürük ki, bu corablar damarları itirəcək. Lakin həkimlər bunun əksini iddia edir və bildirirlər ki, bu düşüncə tamamilə yalnışdır. Bu corablar insanı varikozdan tam xilas etmir və varikoz xəstəliyindən xilas olmağın tək yolu cərrahi əməliyyatdır.

Lakin həkimlər bildirirlər ki, elastik corablar insanı varikozdan xilas etməsə də ayaqda venoz qan durğunluğunun, şişkinliyin, tromb yaranmasının, ayaqlarda yorğunluq hissinin qarşısını alır, varikoz xəstəliyin proqressivləşməsini ləngidir.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »