Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Miqrantlar sərhədçilərə hücum etməyə başlayıb
Miqrantlar sərhədçilərə hücum etməyə başlayıb

Belarusun Şengen zonası ölkələri ilə sərhədlərində vəziyyət bir az da gərginləşib. Miqrantlar sərhədçilərə hücum etməyə başlayıb. Polşanın iki sərhədçisi yaralanıb.

Bizimyol.info xəbər verir ki, polşalılardan birinə daş, o birinə isə ağacla xəsarət yetirilib. Yüngül əzilənlər də var. Polşa Sərhəd Xidmətinin rəhbəri Anna Mişalskanın dediyinə görə, miqrantlara Şengen zonasına ayaq basmağa imkan verilməyib.

Oktyabr ərzində miqrantlar 4300 dəfə sərhədi pozmağa cəhd göstəriblər. Onlar Belarusdan Polşaya keçərək Almaniyaya üz tutmağa çalışırlar. Polşa gəlmələrin qarşısını almaq üçün sərhəd zolağına əlavə 2500 əsgər toplayıb. İndi 10 min polşalı hərbçi miqrant axınına mane olmağa çalışır.

Miqrantlar polşalı sərhədçilərə Usnarj-Qurnı kəndi yaxınlığında hücum edib. Hələ yaydan 30 nəfər yaxınlıqdakı meşədə çadır quraraq yaşayır. Hücum zamanı isə onların sayı 60-70 olub.

Almaniya mətbuatı yazır ki, Belarus hökuməti miqrantlara ciddi dəstək verir. Onların meşələrdəki çadır düşərgələrini də belaruslu sərhədçilər qoruyur.

Polşa sərhədçiləri təkcə axırıncı həftəsonu 1338 miqrantı geri qaytarıb. Vasitəçilik edən 7 nəfər həbs olunub. İndi Polşa Sərhəd Xidmətinin müvəqqəti saxlama məntəqələrində 1700 miqrant yer alıb. Onlar Avropa ölkəsindən sığınacaq istəyir. 400 miqrant deportasiya olunub.

Litva da baş verənlərdən narahatdır. Sərhəd zolağında məftil sədlər çəkilir. Litva rəsmi Brüsseldən kömək istəyir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »