Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanın şimalında buzlar əriyir
Avropanın şimalında buzlar əriyir

İndi Avropanın şimalının ən ucqar yerlərində istiləşmənin təsirlərini çılpaq gözlə də görmək mümkündür. İsveçin ən hündür dağı olan Kebnekayse illərdir səssiz dəyişiklik şahidi və obyektidir.

Bizimyol.info xəbər verir ki, Avropanın şimalında buzlar əriyir. Stokholm Universitetinin coğrafiya mütəxəssisi Ninis Roskvist illərdir Laplandiyadakı dağda baş verən prosesi izləyir. Son 3 ildə şimal və cənub zirvələri arasında kəskin fərq hiss olunmağa başlayıb. Çünki cənub zirvəsində buzlar sürətlə əriyir.

Ninis Roskvist deyir ki, getdikcə temperatur yüksəlir: “Biz hələ də atmosferə göndərilən tullantıların həcmini azaltmamışıq. Bəlkə də, biz daha böyük buz təbəqələrinin əriməsini dayandıra biləcəyik. Burada əldə etdiyimiz biliklər mütləq köməyimizə gələcək”.

İsveçin şimalındakı zirvələrdən enmək donmuş yerdə gəzmək deməkdir. Yerli əhali sayılan saamilər burada maral yetişdirir və temperaturun yüksəlməsi onların əsas fəaliyyətinə mənfi təsir göstərir. Torpaq donanda və üzərinə düşən qar əriməyəndə heyvanlar özünə daha asan yem tapır. O başqa məsələdir ki, ani istiləşmə üzündən burada qardan çox, buz gözə dəyir.

Şimal maralının yetişdirilməsi ilə məşğul olan Tomas Kuxmunen heyvanların yem əldə etməkdə qarşılaşdığı çətinliklərdən danışır. Onun fikrincə, buzlaşmanın da mənfi tərəfləri var: “Bir neçə həftə ardıcıl yağış yağa bilir. Sonra buz yaranır. Buz təbəqəsi maralların qidalanmasına əngəl törədir”.

Abisko tədqiqat stansiyasının rəhbəri Keyt Larson başqa narahatedici tərəfdən söz açır. Mütəxəssis deyir ki, buzlaqlar özündə çoxlu zərərli qazlar saxlayır. Buz halnda hər şey qaydasındadır. Ərimə baş verəndə isə zərərli qazlar suya və atmosferə qarışır. Bu isə istiləşmənin dərəcəsini bir az da artırır.

Ninis Roskvist Kebnekayseni əsl barometr adlandırır. Burada qışda çox soyurdur. Amma yayda istidən dayanmaq olmur. Baş verənləri izləməklə prosesin hansı istiqamət aldığını aydın sezmək mümkündür.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› Yas içindəykən... etiraz
Son xəbərlər
Bütün xəbərlər »