Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı

Türkiyənin Bursa şəhərində təmizlik işləri ilə məşğul olan şəxs tapdığı böyük məbləğdə pulu sahibinə qaytarıb. Cəlal Yıldız məişət tullantıları olan ərazidə gördüyü çantadakı 650 min lirəni (təxminən 70 min dollar) geri qaytarıb.

Bizimyol.info xəbər verir ki, çantası tapılan şəxs mənzil-istismar sahəsinin işçisinə cüzi mükafat verib. Həmin adam 200 lirə (təxminən 20 dollar) ilə kifayətlənib.

Sosial mediada videosu yayılan Cəlal Yıldız 12 ildir təmizlik işləri ilə məşğul olduğunu bildirib. O, həmişə halal yaşamağa çalışdığını deyib.

“Pulu görəndə heç toxunmadım. Əyləşib fikirləşdim ki, hara təqdim etməliyəm. Həyat yoldaşıma zəng vurdum. Məsləhət gördü ki, pulu sahibinə qaytarım. Polislər gəldi, onlara pul tapdığımı dedim. Sahibini axtarıb tapdıq. Məni qucaqladı, təşəkkür etdi. Çıxanda cibimə yemək pulu qoydu. İşimə qayıtdım. Heç bilmədim ki, çantada nə qədər pul varmış”.

Cəlal Yıldızın danışdıqlarını kameraya çəkən Sinan Təkin mükafatın məbləğinə görə çox məyus olduğunu deyib. Amma mənzil-istismar sahəsinin işçisi kefini pozmur. Cəlal Yıldız bildirib ki, başına yenə belə iş gəlsə, pulu sahibinə qaytarardı.

Sinan Təkin gözütox işçinin ən azı 10 min lirə mükafata layiq olduğunu düşünür. Cəlal Yıldız fikrində qalır. O, xüsusi qeyd edir ki, reklama ehtiyacı yoxdur. Cəlal Yıldız özünü qəhrəman saymır.

Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »