Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərini boyunbağı ilə boğub öldürən qadının məhkəməsi başlayır
Ərini boyunbağı ilə boğub öldürən qadının məhkəməsi başlayır

Bakıda ərini boyunbağı ilə boğaraq öldürməkdə təqsirləndirilən İnnesa İsmayılovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizimyol.info xəbər verir ki, cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.

Təqsirləndirilən şəxs barəsində torlanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, hadisə bu ilin may ayının 9-da saat 22 radələrində Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, mənzil 54 ünvanında qeydə alınıb.

1952-ci il təvəllüdlü Rəşid Məhərrəm oğlu Axundovun kirayədə yaşadığı həmin mənzildə üzərində xəsarət izləri olan meyitinin aşkar edilib. Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Aparılmış istintaq tədbirləri ilə məlum olub ki, Rəşid Axundovun arvadı İsmayılova İnnesa Vladimirovna  onu daimi boynunda gəzdirdiyi gümüş boyunbağı ilə boğaraq qəsdən öldürüb.

İ.İsmayılova tutularaq istintaqa təhvil verilib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »