Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Ermənistanı Azərbaycanla sərhədlərin tanınması məsələsini həll etməyə çağırıb
Ərdoğan Ermənistanı Azərbaycanla sərhədlərin tanınması məsələsini həll etməyə çağırıb

“Bu dövrdə sərhədlərin müəyyənləşməsi və qarşılıqlı olaraq tanınması zəruridir”.

APA-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, yaxşı qonşuluq əlaqələrinin təməlini də bu anlayış formalaşdırmaqdadır: “Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etməsi yönündə səmimi iradə nümayiş etdirməsi lazımdır. Ermənistanın Azərbaycana münasibətdə səmimi iradə ortaya qoyacağı halda, Türkiyənin Ermənistanla əlaqələrinin də normallaşmasının önündə bir əngəl qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq bir gələcəyi kiçik maraqlara və daxili siyasətə qurban vermək zaman itkisi anlamına gələcək. Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək mümkündür. Türkiyənin də daimi barışın təsis edilməsi yönündə atılacaq hər müsbət addımın qarşılığını eyni konstruktiv anlayışla verəcəyini bir daha vurğulayıram”.

Son xəbərlər
Bütün xəbərlər »