Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda velosiped yollarının çəkilişi necə gedir...
Bakıda velosiped yollarının çəkilişi necə gedir...

Demək olar ki, dünyanın bütün ölkələrində velisiped infrasturukturu inkişaf edib. Türkiyədə təkcə velosiped deyil, digər kiçik nəqliyyat vasitələri də hərəkətin bir hissəsini təşkil edir. Azərbaycanda isə, velosiped yolları daha yeni salınmağa başlayıb. Düzdür, bu yollar salınmamışdan öncə də velosiped idarə edənlərin sayı kifayət qədər idi. Amma onların hərəkəti, bəzən yol hərəkəti qaydalarına zidd olur və velosiped idarə edənlər inzibati məsuliyyətə cəlb edilirdilər. Həqiqəti söyləsək, burada bəzən günahkar elə velosiped sürənlər olurdu. Avtomobillərin yoluna çıxma, nəqliyyat vasitələrinə yol verməmə kimi hallar müşahidə edilirdi.

Son dövrlər Bakıda velosiped nəqliyyatının təşviq edilməsi və bununla bağlı sturuktur quruması istiqamaətində müəyyən işlər görülür. Bakı Nəqliyyat Agentliyi, velosiped nəqliyyatının inkişafı üçün strategiya hazırlayaraq icra edir. Belə ki, artıq paytaxt və yaxın ərazilərə yollar çəkilir. Qeyd edək ki, artıq 2 km-lik velosiped yolu 2 istiqamət üzrə 2,50 m enində təşkil edilib və təhlükəsiz hərəkəti təmin etmək məqsədilə 70 sm enində bufer zona yerləşdirilib. Eyni zamanda, bufer zonada diqqəti və görünmə səviyyəsini artırmaq üçün işıqqaytarıcı effektə malik rezin dirəklər quraşdırılıb.

Bu gün Azərbaycanda velosiped üçün infrasturuktur yoxdur. Bu o demək deyil ki, Azərbaycanda velosiped sürmək olmaz və yaxud sürən yoxdur. Var, bu sadəcə ənənə məsələsidir.

"Biz tam olaraq özümüzdə uyğunlaşdıra bilməmişik. Bəzi şəhərlərin, bəzi ərazilərində artıq velosiped yolları salınır. Beş il sonra vəziyyətin velosiped sürənlərin xeyrinə necə dəyişəcəyini görəcəksiniz". Nəqliyyat məsələləri üzrə ekspert Fazil Məmmədov qeyd edib ki, bu gün dünyanın bir çox ölkələrində velosiped dayanacaqları var: "Yəni, xüsusi proqramları telefonunuza yükləyib istənilən dayanacaqdan müəyyən vəsait müqabilində kirayə velosiped götürə bilirsiniz. Bu da ölkələrdə velosiped nəqliyyatının inkişafına xidmət göstərir. Azərbaycanda belə dayanacaqlar olmasa da, bulvarda kirayə velosipedlər verilir".

Ekspert həmçinin qeyd edib ki, "Bununla yanaşı, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı" var. Proqramda əsas məqsəd yollardakı qəzaların sayını azaltmaqdır. Həmin proqramda velosiped yolları və dayanacaqları ilə bağlı müddəa da yer alıb. Yəni, DİN və BNA icraedici qurum kimi velosiped yollarının salınması və tənzimlənməsi işlərini görməlidir.

Velosiped idarə edən vətəndaş yol hərəkəti qaydalarını pozursa, nə qədər cərimə edilir?

İnzibati Xətalar Məcəlləsinin 338.4 maddəsinə görə, velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 40 manat məbləğində cərimə tətbiq edilir. Bu maddəyə istifadəyə yararsız velosipedlə yola çıxmaq da daxildir.

Belə görünür ki, son zamanlar tıxac məngənəsində boğulan Bakını ancaq velosiped sürməklə xilas etmək mümkün olacaq. Bəlkə də hər kəs, bir velosiped alsa, istismar müddəti bitmiş avtomobillə yola çıxmaqdan daha yaxşı olar.

Nəzərə alsaq ki, velosiped sürmək sağlamlıq üçün də faydalıdır, düşünürük ki, bəziləriniz avtomobildən imtina edib velosiped idarə etməyə başlayacaqsınız. Ən azından, canınız tıxaclardan qurtaracaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »