Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Təbii fəlakət və ya zəlzələ olsa, bu binalar çökə bilər"
"Təbii fəlakət və ya zəlzələ olsa, bu binalar çökə bilər"

Bakıda yüzlərlə istismar müddətini bitirmiş bina var. Nə qədər acınacaqlı olsa da, bu binalarda yüzlərlə sakin yaşayır. Bu binalar, sovet dövründə tikilib. Bilirsiniz ki, İpoteka Fondu 70-ci ildən sonra tikilmiş mənzilləri ipotekaya verir. Bakıda 70-ci illərdən öncə tikilmiş yüzlərlə bina var. Bu binaların əksəriyyəti təhlükəli vəziyyətdədir. Bəzilərinin divarlarında böyük çatlar, zirzəmilərində heç bir zaman çəkilməyən kanalizasiya suları var. Necə deyərlər, bu binaların əksəriyyəti hazır bomba kimidir. Nə zaman partlayıb yüzlərlə insanı məhv edəcəyi bəlli deyil.

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, bu gün Bakıda yaşı 60-ı ötmüş yüzlərlə bina var. Bu binalar, bir çox parametrlərinə görə, artıq yaşayış standarlarına cavab vermir. Bunlara; otaqların ölçüləri, tavanların hündürlüyü ilə yanaşı, yaşayış üçün təhlükəli olan divarlarda çatların əmələ gəlməsi, fasadın sıradan çıxması və s. problemlər daxildir.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

"Bununla yanaşı, bir təbii fəlakət və ya zəlzələ olsa, bu binalar çökə bilər. Onları bərpa etmək mümkün deyil" - deyə ekspert əlavə edib.

Qeyd edək ki, Nəsimi rayonu ərazisində yerləşən fransız “Xruşovka” layihəli mənzillər, “28 may” metrostansiyasından “İçərişəhər”ə doğru gedən hissələrdə köhnə 2 mərtəbəli arxitektur və italyan layihəli binalar, eləcə də “Nərimanov” və “Gənclik” ərazilərində “Stalinka” və “Xruşovka”ların istismar müddəti çoxdan bitib. Bakı Şəhər İcra Hakimiyyətinin balansında 11 min ədəd çoxmənzilli yaşayış binası mövcuddur və onlardan 100-dən çoxu tam yararsız vəziyyətdədir.

"Düzdür, hər il müəyyən sayda binlar sökülür və yerində yeniləri tikilir. Sökülmüş binalarda yaşayan sakinlərə kirayə haqqı verilir. Və yeni binalarda da həmin sakinlər mənzillərlə təmin edilir. Təbii ki, bu sakinlərin yaşayış şərtlərinin yaxşılaşdırılmasına xidmət edir" - deyə ekspert bildirib. Onun sözlərinə görə, son zamanlar həm pandemiya ilə əlaqəli, həm də şəhərdə torpaq sahələri qalmadığı üçün yeni binaların tikintisi o qədər də aktiv deyil. Amma istismar müddəti keçmiş binalar siyahıya alınır və pilot layihə kimi yerində yeniləri tikilir.

"Hələ 2016-cı ildə bununla bağlı NK qərar qəbul etmişdi. Həmin dövrdə minlərlə bina söküldü, yerində yenisi tikildi. Yadınızdadırsa, biz o dövrü "söküntü bumu" dövrü adlandırırdıq" - deyən ekspert, istismar müddəti bitmiş binaların da növbə ilə sökülüb yenisi ilə əvəz ediləcəyini düşünür.

Qeyd edək ki, binanın qəzalı vəziyyətdə olmasına, müvafiq icra hakimiyyətləri qərar verir. İcra hakimiyyətləri, Fövqəladə Hallar Naziriyinə müraciət edir və bundan sonra binada yoxlamalar aparılır, binanın vəziyyəti ilə bağlı hesabat-rəy hazırlanır.

İlahin, Bizimyol.info

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər