Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə Azərbaycanın bölgədə lider dövlətə çevrilməsini istəyir"
"Türkiyə Azərbaycanın bölgədə lider dövlətə çevrilməsini istəyir"

Fazil Mustafa: “Ankara, Azərbaycanın iqtisadi cəhətdən də inkişaf etməsində maraqlıdır”

Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə edib. Bizimyol.info saytının verdiyi xəbərə görə, Ərdoğanla birlikdə ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlüd Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da Azərbaycana gəlib. Prezident İlham Əliyevin dəvəti əsasında Rəcəb Tayyib Ərdoğan, 26 oktyabr 2021-ci il tarixində Azərbaycanda birgünlük səfərdə olacaq. Türkiyə prezidentinin Azərbaycana səfər proqramı da açıqlanıb. Belə ki, R.T.Ərdoğan Azərbaycan dövlət başçısı ilə birlikdə Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Füzulidə Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək, bölgədə çəkilən avtomobil yolunun və Zəngilanda Türkiyənin də dəstəyi ilə inşa ediləcək “Ağıllı aqropark” layihəsinin təməlqoyma mərasimlərinə qatılacaq. Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Fazil Mustafa Fazil Mustafa

Səfərin mahiyyəti barədə Bizimyol.info saytına məlumat verən Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirdi ki, Türkiyə Azərbaycana verdiyi dəstəyi həmişə çox yüksək səviyyədə nümayiş etdirir: “Türkiyə Azərbaycanla münasibətlərinə həmişə böyük önəm verib. Xüsusilə də Füzuli Hava Limanının beynəlxalq statust aldığı bir vaxtda ilk dövlət başçısı kimi açılışında iştirak etməklə, Ankaranın ölkəmizlə bağlı siyasətinə nə qədər həssas yanaşdığını və ölkəsinin bütün proseslərdə Azərbaycanın yanında olduğunu göstərir, Həm də birlikdə bölgədə baş verən prosesləri nəzarətdə saxlayacağı ilə bağlı mesajlar verir”.

Deputat hesab edir ki, bugünkü səfər Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun dünyaya təsdiqi mənasını da daşıyır: “Türkiyə, Zəngilanda inşa ediləcək “Ağıllı aqropark” layihəsində və yeni şəhər modelinin qurulmasında, eləcə də IV sənaye inqilabının prinsiplərinə uyğun infrastruktur layihələrinin işə salınmasında yaxından iştirak edir. Burdan aydın olur ki, Ankara Azərbaycanın iqtisadi cəhətdən də inkişaf etməsi və bölgədə lider dövlətə çevrilməsində maraqlıdır”.

F.Mustafa düşünür ki, bu səfər həm də Türkiyənin bölgədə ağırlığının artmasının ciddi şəkildə hiss etdirilməsidir: “Bu, bizə lazımdır. Çünki, hələ də bölgədə əldə etdiyimiz qələbəni istəməyən, hələ də dövlətimizin irəli getməsinə mane olan, bölgəmizin iqtisadi cəhətdən inkişaf etməsinə maraqlı olmayan güclər mövcuddur. Ərdoğanın səfəri onlar üçün müəyyən qədər xəbərdarlıq mahiyyəti daşıyır”.

Qeyd edək ki, görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, hazırkı regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq. Bununla bağlı münasibətini açıqlayan müsahibimiz, bu səfərin yalnız hava limanının açılışı ilə bağlı olmadığını düşünür: “Bu səfər çərçivəsində Zəngəzur dəhlizinin açılması, eləcə də gündəmdə olan digər layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirələr olunacaq. Həmçinin, Azərbaycan sərhədlərinin tanınması istiqamətində Ermənistanın böyük sülh sazişinə yanaşması, Ermənistan-Türkiyə münasibətlərinin gələcəkdə müəyyən dərəcədə dalandan çıxması kimi məsələlərin də müzakirəsi nəzərdə tutulub. Bu, həm də Türkiyənin iştirak edəcəyi bütün layihələrin müzakirəsi deməkdir. Çünki Zəngəzur dəhlizi Türkiyənin də maraqlarına uyğun olaraq hazırlanan bir layihədir. Əminəm ki, bu məsələdə də ciddi razılaşmalar əldə ediləcək”.

Deputat qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı yaranan suallar çoxdur: “Bölgədə olan hər bir dövlət bu dəhlizin açılmasını istəyir. Bu gün Rusiya prezidenti Vladimir Putinin dəhlizlə bağlı səsləndirdiyi bəzi fikirlərin də müzakirəyə çıxarılması gözlənilir. Görünən hədəf odur ki, Türkiyə Azərbaycanla birlikdə bölgədə qətiyyətlə irəliləməyi düşünür”.

Rövşən Ziya, Bizimyol.info

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »