Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Prezidentinin təyyarəsi Azərbaycana yola düşüb
Türkiyə Prezidentinin təyyarəsi Azərbaycana yola düşüb

Prezident Rəcəb Tayyib Ərdoğanın təyyarəsi yerli vaxtla saat 10:20-də Azərbaycana yola düşüb.

Bizimyol.info "haberturk"ə istinadən xəbər verir ki, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər onu Esenboğa hava limanından yola salıblar.

Prezident Ərdoğanla birgə ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, prezidentin kommunikasiya direktoru Fahrettin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da Azərbaycana səfərə gəlir.

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana birgünlük işgüzar səfəri planlaşdırılan Türkiyə prezidenti Vətən Müharibəsi nəticəsində işğaldan azad edilən Füzuli rayonunda qısa müddətdə inşaa edilmiş Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.

Səfər zamanı Türkiyə-Azərbaycan münasibətləri bütün aspektlərdə nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Görüşlər zamanı cari, regional və beynəlxalq hadisələr, ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Ukraynadan Rusiyaya xəbərdarlıq: Cəzası ağır olacaq
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
Son xəbərlər
Bütün xəbərlər »