Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Anafilaktik şok nədir və əlamətləri hansılardır?..
Anafilaktik şok nədir və əlamətləri hansılardır?..

Ötən günlərdə Lənkəranın Vilvan kəndində uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.İlkin məlumata görə, kənd sakini Kazımov Hüseyn Rəşad oğluna müalicə məqsədilə iynə vurulub. Bir qədər sonra uşağın halı pisləşib və o, şoka düşüb. Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Nədir anafilaktik şok?

Çox qısa zaman zərfində bütün orqanları təsiri altına alan reaksiyaya anafilaktik şok və ya anafilaksiya deyilir. Saniyələr içində baş verən, ciddi və ölümcül allergiya prosesidir. Allergiya, normal vəziyyətdə insan bədəninin müəyyən maddələrə həssaslıq göstərməsidir. Allergiya əlamətləri, ani və yaxud mərhələli şəkildə başlaya bilər. Həssaslıq dərəcəsinə və məruz qalınan maddənin miqdarına görə allergiyanın gücü və inkişaf sürəti fərqlidir.

Həkim allerqoloq Ləman Fərəcovanın sözlərinə görə, allergiya hadisələri, hər zaman ölümlə nəticələnmir. Qaşınma, qızartı, qrip effekti və s. bu kimi əlamətlərlə özünü göstərir.

"Gözlərdə qızarma və axıntı olur. Bu əlamətlər narahat edici olsa da, ölümcül olmur. Ancaq bəzi maddələr var ki, immun sistemində çox ciddi reaksiyaya səbəb olur. Bu maddələr konkret deyil, yəni, fərdə görə dəyişir. Bu zaman bütün bədən eyni anda təsirlənir və bədən şoka girir. Bu halda xəstəyə müdaxilə edilmədiyi təqdirdə, ölüm baş verə bilər" - deyə həkim bildirib.

Anafilaktik şoka bəzən qidalar, bəzən həşərat sancması, bəzən də müxtəlif dərmanlar səbəb ola bilir. Qidalardan çox zaman süd, yumurta, buğda, balıq, qabıqlı dəniz məhsulları anafilaktik şoka səbəb olan qidalar arasındadır. Dərmanlardan anafilaktik şoka daha çox antibiotiklər səbəb olur. Xüsusilə, pensilin allergiya riski yüksək olan dərmandır. Bununla yanaşı; aspirin, ağrı kəsicilər və kimyaterapiya dərmanları da allergiyaya səbəb ola bilər.

Müxtəlif həşəratların sancması da anfilaktik şoka səbəb olur. Və həşaratlar arasında ən təhlükəlisi arılardır. Əqrəb, ilan və hörümçək sancması da anafilktik şoka səbəb olur. Bununla yanaşı bir çox maddələr; xəstəxana əlcəyi, şar, oyuncaqlar, prezervativ və s. əşyalar da anafilaktik şoka səbəb ola bilər. Bəlkə qəribə səslənəcək, amma həddən artıq ağır idmanla məşğul olmaq da bədəni şoka sala bilir.

Anafilaktik şok maddə ilə qarşılaşan zaman dərhal və ya bir neçə saat içində özünü göstərə bilir. Şok yaşayan şəxslər, öz problemlərini dilə gətirməyə imkan tapmırlar. Buna görə də allergiyalı xəstələrin yanında olan şəxslər çox diqqətli olmalıdır.

Anafilaktik şok əlamətləri:

  • Qarın hissəsində; sancı, dəridə qabarma, şişmə, qızarma və qaşıntı
  • Nəfəs çatışmazlığı - bu mərhələdə müdaxilə edilməsə, xəstə ölə bilər.
  • Soyuq tərləmə, dodaqda və dildə şişmə, udqunma çətinliyi
  • Təzyiqin düşməsi
  • Özündən getmə - təzyiq düşdüyü üçün beyinə qan getmir və xəstə özündən gedir.
  • Damarlar çökür
  • Şok - və şəxs saniyələr içində ölür.

Anafilaktik şok keçirən şəxsə adrenalin vurulmalıdır. Adrenalin ayağın üst hissəsindən vurulur. Adrenalin anafilaktik şok əlamətlərini aradan qaldıran çox güclü bir dərmandır. Daha əvvəl də anafilaktik şok keçirmiş şəxslər, 3-5 il vaksinasiya edilməlidir. Bunun üçün allergiya testləri verilir, anafilaktik şoka səbəb olan maddə müəyyən edilir. Sonra isə, allergen maddələr az-az dəri altına vurulur. Həkimin tövsiyyəsi ilə bu proses bir müddət davam edə bilər. Beləcə allergik şəxs, zamanla həmin maddəyə öyrənir. Xüsusilə, arı sancması zamanı bu müalicə üsulu daha təsirlidir.

"Anafilaksiya, daha çox uşaqlarda özünü biruzə edir. Xəstəlik haqqında yetərli məlumata sahib olmamaları, yedikləri qidalar və s. riski daha çox artırır. Uşaqlar, öz problemlərini dilə gətirməkdə də çətinlik çəkirlər. Uşağa allergik olduğu izah ediməlidir. Hansı qidaları yeyib yeməyəcəyi, hansı mühitdə olub-olmayacağı ilə bağlı məlumat verilməlidir. Uşaqla yanaşı dostları, müəllimləri də məlumatlandırılmalıdır. Allergik uşaqlara günəşli havalarda rəngli geyimlər geymək olmaz Uşağa iynə, ancaq xəstəxanada şəraitində vurulmalıdır. İynə vurulduqdan sonra ən az 20 dəqiqə xəstəxanada gözləmək lazımdır",- deyə həkim bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »