Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan parlamenti sərhəddə vəziyyətlə bağlı qapalı dinləmələr keçirir
Ermənistan parlamenti sərhəddə vəziyyətlə bağlı qapalı dinləmələr keçirir

Bu gün Ermənistan parlamentində Azərbaycanla sərhəddəki vəziyyət və demarkasiya məsələləri ilə bağlı qapalı dinləmələr keçirəcək.

Bizimyol.info xəbər verir ki, "sputnik armeniya"nın verdiyi məlumata görə, dinləmələrdə Baş Qərargah rəisinin müavini Kamo Koçunts və Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan iştirak edəcək.

Parlamentin iclasında çıxış edən vitse-spiker Ruben Rubinyan bildirib ki, deputatların ən azı 1/5-i ictimai rezonans doğuran mövzu ətrafında müzakirələrin aparılmasını təklif edib.

“Hayastan” fraksiyasının katibi Artsvik Minasyan xarici işlər naziri Ararat Mirzoyanın iclasda iştirak edib-etməyəcəyi ilə maraqlanıb, "çünki onun fəaliyyəti ilə bağlı suallar var", - deyib.

Rubinyan cavabında müxalifətin təklifini hökumətə göndərdiyini bildirib və Nazirlər Kabineti sözügedən məmurları dinləmələrə göndərmək qərarına gəlib.

Xatırladaq ki, hələ avqustun 17-də “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan qapalı toplantı təşkil etməyi və sərhəddəki vəziyyəti müzakirə etməyi təklif etmişdi. Hakim partiya yalnız indi bu təşəbbüsə cavab vermək qərarına gəlib.

Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »