Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir

Pasxa adasının sakinlərinin əksəri burada daha turist görməyi arzulamır. Səsvermə belə nəticə ortaya qoyub.

Bizimyol.info xəbər verir ki, adada yaşayanların təxminən 20 faizinin fikri soruşulub. Səsverməyə 972 nəfər qoşulub. Onların 649-u adada turist görmək istəmədiyini deyib.

Pasxaya 2022-ci ilin yanvarından yenə əcnəbilərin gəlməsinə icazə veriləcək. Pandemiya günlərində ada sakinləri turistləri görmürdülər. Yanvardan yeni axın başlayacaq. Amma Çili adasında buna hazır deyillər. Böyük əksəriyyət turistlərdən yorulub.

İş orasındadır ki, son qərarı ada sakinləri verməyəcək. Qərar vermək səlahiyyəti Valparaiso bölgəsinin səhiyyə sektorunun rəhbərliyindədir. Bu qurum isə Çili Səhiyyə Nazirliyinə tabedir.

Pasxaya axırıncı dəfə 2020-ci ilin martında turist ayağı dəyib. İndiyə qədər burada cəmi 8 sakin virusa yoluxub. Ölüm qeydə alınmayıb.

Pasxa adası qədim Rapa Nui insanlarının yaratdığı 887 abidə ilə məşhurdur. Bu vaxtadək sirri açılmayan heykəllərin 11-17-ci əsrlər aralığında düzəldildiyi ehtimal olunur. Heykəllərdən birinin çəkisi 82 tona çatır.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› Yas içindəykən... etiraz
Son xəbərlər
Bütün xəbərlər »