Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri

Hələ uşaq vaxtlarımızdan nə zaman dərimizdə problem yaranardısa, nənələrimiz, analarımız o dəqiqə 72 faizli paltar sabunu götürüb gələrdilər ki, “bununla çim. Hər şeyin çarəsi bu sabundadır”.

Biz də təbii ki, “hər zaman böyüklər haqlıdır” düşüncəsi ilə böyüdüyümüz üçün gözü yumulu onlara etibar edib, nə desələr edirdik. Düzü, müəyyən dəri xəstəlikləri zamanı bu sabunla çimib şəfa tapdığını deyən insanlarında sayı az deyil. Amma pediatrlar bu 72 faizli sabunların uşaq dərisində ciddi xəstəliklərə səbəb ola biləcəyini söyləyirlər.

Pediatr Nurəngiz Hacıyeva Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, uşaqları paltar sabunu ilə çimizdirmək qətiyyən yolverilməzdir.

Nurəngiz Hacıyeva Nurəngiz Hacıyeva

“Təəssüflər olsun ki, hələ də "paltar sabunu" ilə uşaqlarını yuyan analarımız var. Paltar sabunu adından bəlli olur ki, paltar yumaq üçündür, uşağı yox. Paltar sabunu uşağın incə dərisin qurudur, dərinin Ph pozur, tərkibində olan kimyəvi maddələr isə zəhərlidirlər. Paltar sabunu normal Ph dəyərini pozaraq dərinin nemliyini azaldir, onu qurudur. Quru dəridə isə infeksiya və bişməcələrin yaranmasına şərait yaranır. Uşaqları çimizdirən zaman istifadə olunan sabunların tərkibinə diqqət etmək mütləqdir. Çünki uşaqların dərisi nazik və həssas, mikroblara qarşı daha müdafiəsiz, qurumağa və qabıqlanmağa meyilli olur”.

Həkimin bildirib ki, sabunları seçən zaman tərkibinə mütləq diqqət etməlisiniz ki, parabensiz, triklozansız, alkolsuz, rəngləyici maddələrsiz, tünd iylərsiz və nəmləndirici effektli, hipoallergen olmalıdır.

“Uşaqlarda dəri təmizliyi ən yaxşı onları çimizdirməklə əldə edilir. Uşaqlara istifadə olunan sabunların Ph dəyəri 5.5 olduqda dərilərinə nəmləndirici təsir edir. Uşaqların dərisini qorumaq və onları rahatlatmaq üçün onları hər gün çimiždirmək (hər dəfə sabundan istifadə tövsiyyə olunmur) yuyucu vasitələri hipoallergen istifadə etmək lazımdır”,- deyə həkim bildirib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »