Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eldar Həsənovun qızı: “Gözümüz baxa-baxa atamı öldürürlər..."
Eldar Həsənovun qızı: “Gözümüz baxa-baxa atamı öldürürlər..."

Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun məhkəməsi iki aydır davam edir. Prosesdə şahidlərin dindirilməsi mərhələsidir.

Bizimyol.info xəbər verir ki, Eldar Həsənov oktyabrın 25-də öz məhkəməsində huşunu itirərək yıxılıb. Onu məhkəmə zalından təcili tibbi yardımın həkimləri xərəkdə aparıblar. Bu hadisə Bakı Ağır Cinayətlər Məhkəməsində yaşanıb.

Baş verənlərlə əlaqədar Eldar Həsənovun qızı Səbinə Hüseynova hadisədən sonra Prezident İlham Əliyev, Vitse-Prezident Mehriban Əliyevaya müraciət edib. O, atasının həyatının təhlükə altında olduğunu vurğulayıb.

Səbinə Hüseynova müraciətində məhkəmə zalında yaşananları belə təsvir edib: "Var gücümlə qışqırırdım, ağlayırdım, kömək istəyirdim. Səsimə tökülüşüb gəldilər. İndi vəziyyəti necədir, bilmirəm. Özünə gəldimi, həkimlər ilk yardım etdilərmi, bilmirəm... Paroksizmal vertiqo xəstəliyi onda məhz həbsdə olduğu müddətdə yaranıb. Bu qədər qəddarlıq, laqeydlik, ədalətsizlik olar? 67 yaşlı xəstə adamdan nə istəyirsiniz? Müraciət etmədiyim, döymədiyim qapı qalmadı. Hər gün məktub yazdım, teleqram göndərdim. Bir dəfə məndən “dərdin nədir” deyə, soruşub maraqlanmadılar”.

Səbinə Hüseynova atasının günahsız olduğuna əmindir. Onun fikrincə, Eldar Həsənova söz haqqı vermək lazımdır: "Xalq düşməni deyil mənim atam. Bu xalqı, bu dövləti canından artıq sevən bir azərbaycanlıdır. Dövlət başçısına sayğısını, sevgisini, fədakarlığını, sədaqətini onu tanıyan hər kəs bilir. Atamın huşunu itirmələri, özündən gedib yıxılmaları bir gün son ola bilər. Biz atamı itirə bilərik. Onun səhhəti çox ağırdır. Gözümüz baxa-baxa atamı öldürürlər! Sizə yalvarıram, müdaxilə edin, atamın həyatda qalıb-qalmaması Sizlərdən asılıdır. Çox rica edirəm, bizə kömək edin, ədaləti bərpa edin...”

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir olduğu illərdə (2010-2020) səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. Keçmiş səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə də ittiham olunur. Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bizimyol.info

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »