Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda işsizliyin səviyyəsi nə qədər artıb...
Azərbaycanda işsizliyin səviyyəsi nə qədər artıb...

Bir müddət əvvəl iqtisadçı Qubad İbadoğlu Azərbaycanda son bir ildə işsizlik və yoxsulluğun 2 dəfə artmasına dair iddia ilə çıxış edib. O, öz sosial şəbəkə hesabında qeyd edib ki, işsizlik 50 faizə, yoxsulluq 30 faizə qədər artıb. Onun sözlərinə görə, "2020-ci ildə Azərbaycanda işsizlərin sayı 376 min nəfər qeydə alınıb ki, bu da 2019-cu illə müqayisədə 125 min nəfər və ya 50 faiz çoxdur. Beləliklə də, işsizlik səviyyəsi 2003-cü ildən sonra ən yüksək həddə çatıb".

Ekspertlərin fikrincə, 2020-ci il üçün işsizlik faizi rəsmi göstərildiyi kimi 4,86 faiz deyil, 16,51 faizdir. Bu isə o deməkdir ki, ölkədə 1,7 milyon nəfər insan işsizdir.

Bizimyol.info xəbər verir ki, "Faktyoxla Lab" saytı bu dəfə bu iddianı araşdırıb. Saytın araşdırmasına görə, 10 milyon 127 minlik əhalinin 5,3 milyonu iqtisadi fəal vətəndaşlardır. Bunlardan 1,7 milyonu muzdlu işçilər, 3,5 milyon nəfər isə kənd təsərrüfatı və müxtəlif sahələrdə günəmuzd, mülk-hüquqi müqavilə ilə, eyni zamanda əmək qeydiyyatı olmadan çalışanlardır.

Əmək qanunvericiliyinə əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs sayılır. Digər sosial qruplar, məşğul, yəni işləyən hesab olunur.

Saytın araşdırmasında qeyd olunur ki, ölkədə 18 yaşına qədər olan əhali qrupu 2 milyon 600 min nəfərdir. Qanunvericiliyə görə, 15 yaşadək şəxslərin işləməsi, əməyə cəlb edilməsi qadağandır və onlara müəyyən istisnalar əsasında işləməyə icazə verilir. Bu yaşadək əhalinin sayı 2 milyondur. Ölkə əhalisinin 25 faizini 18 yaşa qədər olan şəxslər təşkil etdiyi və onların işləmək hüuüuq olmadığı üçün onlar işsiz kimi təqdim edilə bilməz.

Sayt ölkədəki pensiyaçıların sayını da hesablayıb. Belə ki, hesablamalara görə, 2021-ci ilin yanvar ayına qədər ölkədə 1 milyon 228,8 min pensiyaçı qeydiyyatdadır və bu da ölkə əhalisinin 12,3 faizini təşkil edir . Yaşa görə pensiya alan şəxslər də işsiz kimi qeydiyyata alınmadığını əks etdirən araşdırmada qeyd edilib ki, pensiya və ya müavinət alanların birlikdə sayı 1,7 milyon nəfərdən çox olmaqla ölkə əhalisinin 18 faizini təşkil edir. Qeyd edilib ki, bütün məşğul əhalinin və sosial kateqoriyaları hesabladıqda ölkə üzrə onların sayı 9 milyon nəfərdən çoxdur. Azərbaycandan kənarda xarici ölkələrdə işləməyə və yaxud müxtəlif səbəblərdən yaşamağa gedənləri də nəzərə alsaq bu rəqəm 9,5 milyon nəfəri ötür. Bu isə ölkə əhalisinin 93-94 faizini təşkil edir. Beləliklə, işsizlərin sayı ölkə üzrə təxminən 350-370 min nəfərə bərabərdir və rəsmi statistikada əks etdirilən 375,9 min göstəricisinə tamamilə uyğundur.

Son zamanlar işsiz statistikasının artma səbəbinə də aydınlıq gətirilib. Saytın araşdırmasına görə, son zamanlar işsizlərin 100 min nəfər artmasına səbəb 2020-ci ildə pandemiyanın qlobal miqyasda xarakterik əlamətlərindən biri işsizliyin artmasına, insanların gəlirlərinin azalmasına təsirləri ilə bağlıdır. Buna görə də, Dövlət Statistika Komitəsinin məlumatına görə, 376 min nəfərə çatıb.

Araşdırma iddia edir ki, 2021-ci il sentyabrın 1-ə olan məlumata əsasən, iqtisadi fəal əhalinin sayı da 1 faizdən çox, muzdla işləyənlərin sayı da 1 faizə yaxın artıb. Yəni 1 faiz işsizlik artıbsa, 1 faiz də təkcə muzdlu işçilərin sayı artıb. Bütün bunlara rəğmən, ölkədə işsizliyin səviyyəsinin artımı cəmi 0,8-1 faizi ötmədi. Bunu həm hökumətin rəsmi statistikası, həm də beynəlxalq təşkilatların əmək bazarı ilə bağlı araşdırmaları da təsdiqləyir.

İşsizliyin səviyyəsini tətdiq edən qlobal araşdırma paltforması olan “Trading Economics”in nəşr etdiyi hesabatdan da görünür ki, Azərbaycanda işsizlik səviyyəsi əvvəlki 5,2 faizdən 6,2 faizə yüksəlib. İşsizlik Azərbaycanda 0,8 faiz yüksəldiyi halda, dünya ölkələrində bu rəqəm 2020-ci ildə 6-20 faiz civarında yüksəlib.

Dünyanın ən güclü iqtisadiyyatına malik ölkə olan ABŞ-da 2020-ci ildə işsizliyin səviyyəsi son 90 ildə ən yüksək həddə çıxdı və 15 faizə yaxınlaşdı. Bu, ötən əsrin 30-cu illərində Amerikada baş verən “Böyük depressiya”dan sonra yaşanmış ən pis vəziyyətlərdən biri hesab edilir. Avropa Birliyi ölkələrində də bu rəqəm orta hesabla 8-20 faiz civarında olub. Göründüyü kimi, son bir ildə, işsizliyin səviyyəsi MDB və dünya ölkələrində daha çox yüksəlib, Azərbaycanda isə 1 faizdən də aşağı olub.

Araşdırma sonunda sayt, Qubad İbadoğlunun işsizliklə bağlı iddialarının tamamilə əsassız olduğunu təsdiqləyib. Qeyd edilib ki, Q.İbadoğlunun yoxsulluqla bağlı iddiaları da həqiqəti əks etdirmir və mövcud vəziyyət onun fikirlərinin üstündən xətt çəkir. Dünyada yoxsulluğun azaldılması üzrə beynəlxalq çərçivəyə əsasən, gündəlik gəliri 3 dollardan aşağı olan şəxslər yoxsul hesab edilir. Bu, ayda 90 dollar, manatla 153 AZN deməkdir. Ölkəmizdə adambaşına ehtiyac meyarının məbləği isə 170 manatdır. Digər bir yanaşma, yaşayış minumumu ilə bağlıdır ki,“2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, ölkə üzrə yaşayış minimumu 196 manatdır. Qeyd edilib ki, Ölkəmizdə 196 manatdan az gəlirləri olan şəxslər yoxsulluq qrupuna aid hesab edilir. Azərbaycanda isə bu qrupların sayı təxminən 500 min nəfərdir. Yəni, 5%. Beləliklə, Qubad İbadoğlunun istər işsizlik, istərsə də yoxsulluqla bağlı iddiaları heç bir fakt və dəlilə söykənmədiyindən gerçəklikdən tamamilə uzaqdır.

Bizimyol.info

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »