Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"

Son illər Azərbaycanda xarici vətəndaşlarla bağlanılan nikahların sayı artıb. Əvvəlki illərdən fərqli olaraq, indiki gənclər xarici vətəndaşla ailə qurmaq fikrinə daha  normal yanaşırlar.  Azərbaycanlı xanımlarla ailə qurmaq istəyən xarici vətəndaşlar isə azəri qızlarının ailəcanlılığı, evdarlığı, həyat yoldaşına sədaqətli olması xüsusiyyətlərinə görə üstünlük verdiklərini deyirlər.

Xarici vətəndaşla ailə quran azərbaycanlı xanımlardan biri də Adela xanımdır. O, "Keşlə" futbol klubunun əcnəbi oyunçusu, Kamerunlu Anatole Abanqla ailəlidir. Cütlük bir neçə ay bundan öncə Azərbaycanda nikaha daxil olub və hazırda Bakıda yaşayırlar.

Xarici vətəndaşla ailə həyatı qurmağın müsbət və mənfi tərəflərini öyrənmək üçün Adela xanımla biraz söhbətləşdik. Həmin müsahibəni təqdim edirik:

- Adela xanım, salam. Əvvəla bilmək istərdik ki, yoldaşınızla necə tanış olmusunuz?

- Salam. Düzü tanışlığımız çox da romantik formada olmayıb. Biz “instagram” vasitəsi ilə tanış olmuşuq. Əvvəlcə sosial şəbəkə vasitəsi ilə yazışmışıq. Daha sonra isə görüşmüşük.

- Xarici vətəndaşla ailə qurmaq istəyinizi ailəniz necə qarşıladı?

- Xarici vətəndaşla ailə quracağımı ailəm biləndə normal qarşılayıb. Çünki biz özümüz də uzun müddət xarici ölkələrdən birində yaşamışıq. Mən özüm Avropada təhsil almışam. Düzü əvvəldən xarici vətəndaşla ailə qurmaq arzum olub. İndi bu arzuma çatmışam.

- Xarici vətəndaşla evli olmaq necə bir hissdir? Çətin deyilmi?

- Xeyr, qətiyyən çətin deyil. Bəlkə də mən xaricdə oxumasaydım, oranın mədəniyyətini, insanlarını tanımasaydım çətin ola bilərdi. Amma hazırda heç bir çətinlik yaşamırıq. Xarici ailə və ya Azərbaycan ailəsi arasında heç bir fərq görmürəm.

- Fərqli və ya oxşar adətlər varmı? Hansılardır?

- Yoldaşım Afrika vətəndaşıdır. Onlarla bizim millətin oxşar cəhətləri çoxdur. Adətlərimiz də demək olar ki, onlarla oxşardır.

- Səhv etmirəmsə, övladınız dünyaya gələcək.

- Bəli, övladımız dünyaya gələcək və qızdır.

- Sosial şəbəkələrdən birində doğulacaq övladınıza qaynananızın adını qoyacağınızı demisiniz. Bu kimin istəyidir?

- Bəli, doğulduğu zaman qaynanamın adını qoymağı düşünürəm. Bunu yoldaşıma surpriz etmişəm. O da buna çox sevinib. Ad məsələsi baldızımla mənim fikrimdir.

- Onlarda qaynana, gəlin münasibətləri necədi?

- Onlarda qaynana və gəlin münasibətlərinin necə olduğunu bilmirəm. Amma mənə qarşı çox yaxşıdırlar. Biz hələ onlarla görüşməmişik. Bu yaxınlarda inşallah görüşəcəyik. İnternet üzərindən daim əlaqəmiz var. Heç bir problemimiz hələki yoxdur. Heç olacağını da düşünmürəm. Qaynanam standart qaynanan deyil.

- Yoldaşınız daha çox bizim adətlərə uymağa çalışır ya əksinədir? Ümumiyyətlə bizim adət-ənənələr haqqında yoldaşınızın düşüncəsi necədir?

- Bizdə adət-ənənə məsələsi yoxdur. Biz bir-birimizin fikirlərinə, düşüncələrinə üstünlük veririk və buna uyğun hərəkət edirik.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› Yas içindəykən... etiraz
Son xəbərlər
Bütün xəbərlər »