Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvilinin ölümü dövlət üçün fəlakət olar - Keçmiş prezident
Saakaşvilinin ölümü dövlət üçün fəlakət olar - Keçmiş prezident

"Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin aclıq aksiyası ölümcül nəticələrə səbəb olarsa, bu, tarixi kontekstdə dövlət üçün fəlakət olacaq".

Bizimyol.info xəbər verir ki, bunu Saakaşvilinin xələfi Giorgi Marqvelaşvili TV Pirveli-nin efirində bildirib.

"Beş prezidentdən ikincisi bizim əlimizdə ölüm təhlükəsi ilə üz-üzədir", - Marqvelaşvili bildirib.

"Bildiyiniz kimi, Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiya 1993-cü il dekabrın 31-də ölkənin qərbindəki kəndlərin birində qeyri-müəyyən şəraitdə vəfat edib.

Biz tariximizi belə yazmağa nə dərəcədə hazırıq? Mən onun (Saakaşvilini - red.) nə qədər bəyəndiyimi və ya bəyənmədiyimi, günahkar və ya məsum olduğunu demirəm. Hüquqi məsələlər ayrıdır. Mən tarixi kontekstdən danışıram", - deyə Marqvelaşvili bildirib.

Ona görə də problemi dövlət maraqlarından çıxış edərək həll etmək lazımdır, deyə eks-prezident vurğulayıb.

“Düşünürəm ki, onun ölümü baş verərsə, ölkəmiz üçün gələcəyi üçün bu sadəcə fəlakət olar. 25-ci gündür ki, aclıq aksiyası davam edir, artıq zarafat deyi. Hesab edirəm ki, bu problem Saakaşvilinin maraqlarından, "Milli Hərəkat"ın, "Gürcü Arzusu"nun və ya Bidzina İvanişvilinin maraqlarından çıxış etmədən həll edilməlidir. Bu problemi dövlət öz maraqlarını, perspektivləri nəzərə alaraq həll etməlidir”, - deyə keçmiş prezident bildirib.

Qeyd edək ki, iki cinayət işi üzrə (6 il) qiyabi həbs cəzasına məhkum edilən Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. İstintaq müəyyən etdib ki, 8 ildən sonra Gürcüstana qayıdan eks-prezident oktyabrın 29-da sərhədi qanunsuz keçib. Saakaşvili həbs olunduğu ilk gündən aclıq aksiyası keçirir, özünü siyasi məhbus adlandırır, ona qarşı qaldırılan cinayət işlərini isə uydurma adlandırır.

Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »