Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək

Əfqanıstan daha ağır mərhələyə qədəm qoyub. “Taliban”ın hakimiyyətə ikinci gəlişindən sonra ölkə əhalisinin böyük hissəsi ümidsizliyə qapılıb. Milyondan çox insan vətəni tərk etməyi arzulayır. Ölkədə böyük aclıq hökm sürür.

Bizimyol.info xəbər verir ki, “Taliban”ın gəlişindən sonra Əfqanıstanda işsizlik son illərin ən yüksək həddinə çatıb. İnsanlar acından ölməmək üçün hər cür işə razıdır. Hökumət isə yalnız bir qisim insanı yemək müqabilində işlə təmin etməyə hazır olduğunu bildirir. Konkret bir qarın yemək üçün səhərdən axşama qədər çalışmaq lazım gələcək. Hökumətin başqa məntiqli təkliflər paketi yoxdur. İqtisadi konsepsiyadan isə söhbət gedə bilməz.

“Taliban” daha çox böyük şəhərlərdə yemək müqabilində iş yerləri təklif etməyi planlaşdırır. Kiçik yaşayış məntəqələri ilə bağlı hər hansı məqam açıqlanmayıb. Hökumət təkcə Kabildə 40 min sakinə yemək əvəzinə iş təklif etməyə hazır olduğunu açıqlayıb.

Əfqanıstanın kənd təsərrüfatı naziri vəzifəsini icra edən Əbdül Rəman Rəşed deyir ki, ölkəni bürüyən yoxsulluq və aclığın çox səbəbləri var: “Birincisi, bütün dünyaya təsir göstərən qlobal səhiyyə böhranıdır. İkincisi, Əfqanıstanda və bölgədəki quraqlıqdır. Üçüncüsü, Əfqanıstana qlobal yardımın dayandırılmasıdır. Üstəlik, ölkənin xarici banklardakı pulları dondurulub”.

Əfqanıstanda aclıq inanılmaz dərəcəyə çatıb. Səkkiz uşağın acından həyatını barədə xəbər yayılıb. Quraqlıq ərzaq çatışmazlığı yaradıb. Ölkənin böyük hissəsində daimi elektrik enerjisi yoxdur. Üstəlik, qışın sərt keçəcəyi gözlənilir.

Qızıl Aypara Cəmiyyəti ölkənin şimalında 500 məcburi köçkün ailəsinə yardım etməyə başladığını açıqlayıb. Qırmızı Xaç Komitəsi isə belə yardımların ümumi böhrandan çıxmaq üçün yetərli olmadığını bəyan edib. Beynəlxalq təşkilat dünya ictimaiyyətini bu ölkəyə diqqət ayırmağa çağırıb.

“Taliban” hakimiyyəti avqustun 15-də ələ keçirib. Bundan sonra on minlərlə əfqan ölkəni tərk etməyə başlayıb. Əfqanıstanda baş verənlər Avropada miqrant böhranını dərinləşdirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »