Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb
BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb

“BMT-nin Baş katibi Antoniu Qutereş Sudanın paytaxtı Xartumda davam edən hərbi qarşıdurmanı və Sudanın siyasi keçidinə, sabitliyinə təhlükə yarada biləcək bütün hərəkətləri şiddətlə qınayır. BMT Sudanda siyasi keçidinin reallaşmasına sadiqliyini və dəstəyini bir daha bəyan edir. Bu keçid prosesinə xələl gətirmək cəhdləri Sudanın təhlükəsizliyini, sabitliyini və inkişafını riskə atır”.

“Report” xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib. O, BMT-nin Baş katibi Antoniu Qutereşin maraqlı tərəfləri dərhal dialoqa çağırdığını deyib:

“Baş katib keçid dövrü üçün imzalanmış Konstitusiya Bəyannaməsində nəzərdə tutulan idarəetmə mexanizmlərinin dərhal yenidən qurulmasını tələb edir. Baş nazirin, hökumət rəsmilərinin və siyasətçilərin qanunsuz olaraq saxlanılması qəbuledilməzdir. Baş verənlər Konstitusiya Bəyannaməsinin müvəffəqiyyəti üçün vacib olan ortaqlığa ziddir. Baş katib, baş nazirin və özbaşına saxlanılan digər şəxslərin dərhal azad edilməsini tələb edir. Maraqlı tərəflər dərhal dialoqa qayıtmalı və Sudanın keçid prosesini bərpa etmək üçün vicdanla hərəkət etməlidirlər. BMT Sudan xalqının sülh, firavan və demokratik bir gələcək üçün mücadilələrində onların yanlarında olmağa davam edəcək”.

Qeyd edək ki, oktyabrın 24-dən 25-nə keçən gecə Sudanda növbəti hərbi çevriliş olub. Hökumət və parlament binaları mühasirəyə alınıb, Xartum Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »