Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əgər bu avtomobillər aksiz vergisindən azad edilsə, avtomobil parkı yenilənə bilər"
"Əgər bu avtomobillər aksiz vergisindən azad edilsə, avtomobil parkı yenilənə bilər"

Ölkəmizə idxal edilən hibrid avtomobillər, əlavə dəyər vergisindən azad oluna bilər. Bu məsələ, Vergilər Məcəlləsinə təklif edilən dəyşikliklərdə öz əksini tapıb. Belə ki, təkliflər təsdiq edilərsə, hibrid avtomobilər növbəti il yanvarın 1-dən etibarən 3 il müddətinə əlavə dəyər vergisindən azad ediləcək.

Mühərriki 2500 kubsantimetrdən yüksək olan bu kateqoriya avtomobillərə isə hər hansı bir güzəştin tətbiq ediləcəyi gözlənilmir. Mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri artırılır. Bura istehsal tarixi 7 ildən çox olan, benzin və dizellə işləyən, mühərriki 2000 kubsantimetrə qədər olan avtomobillər daxildir. Bu avtomobillərin ölkəyə idxalı zamanı tətbiq edilən aksiz vergisinin məbləği artırılır. Elektromobillər həm idxal, həm də daxili bazarda satış zamanı, vergiyə cəlb edilməyəcək.

İqtisadçı Günay Həsənovanın sözlərinə görə, bu proses reallaşarsa, hibrid və elektromobillərin qiyməti ucuzlaşa bilər.

Təkliflərə görə, mühərrikinin həcmi 3-4 min kubsantimetr aralığında olan, istehsal tarixi 3 ildən çox olmayan avtomobillərin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə aksiz dərəcəsi 13 manatdan 15 manata qaldırılır. Mühərriki 4-5 min kubsantimetr aralığında olanların isə hər kubsantimetrə görə aksiz dərəcəsi 35 manatdan 40 manata, 5 mindən yuxarı olanların isə 70 manatdan 80 manata artırılır.

İqtisadçı hesab edir ki, dəyişikliklərdən sonra bazarda mühərrik həcmi 3000-dən yuxarı olan avtomobillərin satış qiymətində müəyyən bahalaşmalar ola bilər:

"Hibrid və elektromobillərə tələb onsuz da çox idi. Onların qiymətində müəyyən ucuzlaşma müşahidə ediləcək. Bunun qarşısında tələb artacaq və ölkəyə idxal edilən elektromobil və hibrid avtomobillərin də sayı artacaq".

Xatırladaq ki, Azərbaycanda avtomobil parkının yenilənməsi məsələsi uzun illərdir ki, gündəmdədir. Avtomobil parkında olan avtomobillərin yarıdan çoxunun istismar müddəti bitsə də, bu avtomobillər utilizasiya edilmir. Səbəb isə ölkəyə gətirilən avtomobillərin gömrük rüsumlarının çox olması göstərilirdi. Ekspertlər, bu barədə dəfələrlə həyəcan təbili çalsalar da, nəticə yox idi. İstismar müddətini bitirmiş avtomobillər isə həm ətraf mühitin çirklənməsində böyük rol oynayırdı, həm də yollar üçün təhlükəli hesab edilirdi.

Nəqliyyat məsələləri üzrə ekspert Fazil Məmmədovun fikrincə, bu məsələ "Yol hərəkətinin təhülkəsizliyi haqqında" dövlət proqramında yer alsa da, bir neçə il idi ki, müzakirə edilmirdi:

"Əgər bu avtomobillər aksiz vergisindən azad edilsə, avtomobil parkı yenilənə bilər. Digər tərəfdən isə, başqa bir problem, vətəndaşlar üçün avtomobil alan zaman bank kreditlərinin yüksək olmasıdır. Bu məsələ də öz həllini tapsa, yaxın 5 ildə Azərbaycan avtomobil parkında dəyişiklik gözəçarpan şəkildə olacaq".

İlahin, Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »