Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 26 oktyabr, 2021-ci il – Nəyə qadir olduğunuzu göstərə biləcəyiniz gündür
Ulduz falı: 26 oktyabr, 2021-ci il – Nəyə qadir olduğunuzu göstərə biləcəyiniz gündür

Bizimyol.info 26 oktyabr, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Səhər saatlarında ətrafınızdakılarla dil tapmaq çətin ola bilər. Çoxlarının başqalarını dinləməyə səbri çatmayacaq və başqalarının sözlərini düşünmək istəməyəcəklər. Amma müsbət münasibətlər sürətlə güclənəcək. Günün ortası əvvəllər asan olmayan münasibətləri daha yaxşı şəkildə dəyişdirmək, uzun müddətdir davam edən fikir ayrılıqlarına son qoymaq üçün bir şans təqdim edəcək. Günün ikinci yarısı istedadlarınız üçün tətbiq sahəsi tapa biləcəyiniz, nəyə qadir olduğunuzu, nə qədər bildiyinizi və nələr edə biləcəyinizi başqalarına göstərə biləcəyiniz vaxtdır. İdeyaları bölüşmək, planlar haqqında danışmaq üçün doğru zamandır.

Qoç - Narahat, lakin çox rəngarəng bir gündür. Paralel olaraq bir neçə işi görməlisiniz və bunu da çox yaxşı bacaracaqsınız. Çox vaxt necə davranmaq və məqsədə doğru necə irəliləmək lazım olduğunu ətrafdakılarla müqayisədə siz daha tez təxmin edirsiniz. Burada intuisiyanız kömək edir. Onun məsləhətləri sayəsində heç ümid etmədiyiniz yerlərdə uğur qazana bilərsiniz. İnsanlarla yaxşı yola gedirsiniz, hətta adətən, ünsiyyətdən qaçan, heç kimlə səmimi olmağa can atmayan adamlarla da yaxşı uzalaşma tapacaqsınız. Yeni tanışlarla dostluq etmək asan olacaq. Çoxlu müsbət emosiyalar bəxş edən sevgi hekayəsinə düşə bilərsiniz.

Buğa - Gün vacib məsələlərin müzakirəsi üçün əlverişlidir. Başqalarının düşüncələrində nələrin olduğunu təxmin etmək sizin üçün asan olacaq; intuisiyanız yeni tanışlara tez yanaşma tapmağa, onlarda xoş təəssürat yaratmağa kömək edəcək. Şəraitdən asılı olmayaraq, siz soyuqqanlı davranışınızı qoruyub saxlayaraq düzgün qərar qəbul etməyi bacaracaqsınız. Ətrafınızdakı insanlar əsəbiləşə, narahat ola, xırda şeylərdən həyəcanlana bilərlər. Amma siz bir dəqiqə belə soyuqqanlılığınızı itirməyəcəksiniz. Son vaxtlar haqqında çox danışılan maliyyə problemləri uğurla həll edilə bilər. Əlinizdə olan puldan necə istifadə edəcəyinizi başa düşürsünüz - onu xırda və lazımsız şeylərə sərf etməyəcəksiniz.

Əkizlər - Hər şey asan alına bilməz. Amma yolda yaranan maneələr sizi çaşqınlığa salmayacaq. Məqsədlərinizdən əl çəkməyin, istədiyiniz nəticəyə çatana qədər başladığınız işu buraxmayın. İnsanlar sizin əzmkarlığınızı bəyənəcəklər. Çoxları başa düşəcəklər ki, sizinlə dost olmaq və əməkdaşlıq etmək sizinlə çəkişməkdən daha yaxşıdır. Sevdiklərinizlə münasibətlər həmişə asan olmur; bəzən xırda şeylər üstündə mübahisələr ola bilər. Ancaq sərt məqamları hamarlamağı və hər kəsi müsbət əhval-ruhiyyəyə kökləməyi bacarırsınız. Bunun sayəsində ətrafınızdakı insanlar özlərini daha sakit və inamlı hiss edirlər.

Xərçəng - Çətin və məsuliyyətli işlərin öhdəsindən gəlmək üçün əla gündür. Daha əvvəl sonlandıra bilmədiyiniz bir işə qayıda bilərsiniz; bu dəfə uğur qazanmaq şansınız var. Çox vaxt şans özü rahatlıqla əlinizə düşür, özünüzü doğru zamanda doğru yerə çatdırırsınız. Belə anlarda çaşqınlığa düşməmək vacibdir. İntuisiyanız sizə nə edəcəyinizi söyləyəcək. Özünüzə inam tez-tez işgüzar danışıqlarda kömək edir. Hətta əvvəllər yalnız öz baxışları ilə maraqlananlar da sizi diqqətdə saxlayacaqlar. Fikirlərinizi bölüşmək üçün bundan istifadə edin. Bu gün mütləq dəstək alacaqsınız.

Şir - Sonradan vacib ola biləcək detallara diqqət yetirirsiniz. Bu gün dəqiqlik və konsentrasiya tələb edən tapşırıqlar sizə darıxdırıcı görünməyəcək. Onları effektli şəkildə reallaşdıra bilərsiniz. Həmişəkindən daha çox iş-gücünüz olsa da, istirahət üçün də vaxt olacaq. Sevdikləriniz səfərlərdə sizi müşayiət etməkdən məmnun qalacaqlar, köhnə tanışlar maraqlı nələrsə təklif edə və ya ideyalarınızı dəstəkləyə bilərlər.

Qız - Artıq həm bildiyiniz, həm də yeni işlərdə səmərəli davranış sərgiləyə bilirsiniz. Məsləhətə ehtiyac yoxdur: nəyin edilməli olduğunu, məqsədə necə çatacağınızı özünüz tez bir zamanda anlayırsınız. Ağlınıza gələn ideyalar dərhal həyata keçirilə bilər. Bir dəqiqə boşuna vaxt itirmirsiniz, buna görə də çox şey edə bilərsiniz. İşgüzar münasibətlər həmişə asan qurulmur, bəzən həmkarlar və tərəfdaşlar sizi səhv başa düşürlər. Ancaq yaxınlarınızla yaxşı yola gedirsiniz. Söhbət üçün çox maraqlı mövzular, eləcə də birlikdə görməkdən məmnun qalacağınız işlər var.

Tərəzi - Günün əvvəli asan olmayacaq. Bəzən düzgün qərarlar qəbul etmək, vəziyyəti idarə etmək çətindir. Ancaq bir az gözləyə bilərsiniz. Tezliklə müsbətə doğru dəyişiklikləri görəcəksiniz. Nə qədər çox imkanlar açılarsa, bir o qədər inamlı olacaqsınız. Günün ikinci yarısı çoxdan buraxdığınız səhvləri düzəltmək, hədəfə daha erkən yetişmək şansı verəcək. Köhnə əlaqələri bərpa etmək asan olacaq. İnsanlar sizinlə görüşməyə həvəs göstərəcəklər. Bu həmçinin sevgi sahəsinə də aiddir.

Əqrəb - Gün iş baxımından uğurludur. Hər kəs üçün vacib olan bir işdə uğur qazanma şansınız olacaq. Sizi daha əvvəl qiymətləndirməyən insanlar nə dərəcədə səhv etdiklərini anlayacaqlar. Uzunmüddətli əməkdaşlıq təklifləri ehtimal olunur. Hissiyatınız güclü tərəflərinizi düzgün qiymətləndirməyə, nəyin öhdəsindən gələ biləcəyinizi və nəyə ehtiyacınız olduğunu anlamağa kömək edəcək. Evdə də sevinc üçün səbəblər olacaq. Ailədə xoş hadisələr ola bilər. Günorta planlar qurmaq və arzu etmək vaxtıdır. Tezliklə gerçəkləşəcəklər.

Oxatan - Bu gün başqaları ilə xüsusilə yaxşı yola gedəcəksiniz - çox vaxt onları mükəmməl başa düşürsünüz. Bu cəhətiniz işdə çox kömək edəcək. Sadəcə olaraq, insanlar sizinlə yarı yolda rastlaşdıqları üçün bir çox çətin məsələlərdə kömək və məsləhət istəyirlər - xahişlərini rədd etməyin. Xırda detallara diqqət tələb olunduqda çətinliklər yarana bilər. Bəzən bir şeyə diqqət etmək çətindir və bu, səhvlərə səbəb ola bilər.

Oğlaq - İşləri sonraya saxlamayın. Günün ilk yarısı əlverişli olacaq - vacib məsələlərin həlli üçün əla zamandır. Əvvəllər sizə mane olan insanlar bunu nahaq yerə etdiklərini başa düşəcəklər. Hər kəsə aydın olacaq ki, sizinlə dost olmaq rəqabətə girməkdən daha sərfəlidir. Lakin müttəfiqlər diqqətlə seçilməlidir; hamıya güvənmək lazım deyil. Gün olduqca gərgin başlasa da, zaman keçdikcə vəziyyət sabitləşəcək. Axşam dostlarla görüş və ya sevgi münasibətləri üçün münasibdir.

Dolça - Xoş, işıqlı və ruhlandırıcı bir gündür. Hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdıra bilirsiniz. İntuitiv göstərişlər xüsusilə biznes arenasında faydalıdır. Onların sayəsində sərfəli sövdələşmələr və uğurlu alışlar mümkün olacaq. Bundan əlavə, hansı təkliflərin qəbul edilməli və hansının rədd edilməli olduğunu tez başa düşəcəksiniz. Sizin yanınızda hər kəs maraqlı olacaq; sizi daha yaxından tanımaq istəyənlərin çox olması təəccüblü deyil. Haqqında yalnız xoş sözlər eşitdiyiniz bir insanla tanış olmaq və dostluq etmək şansınız olacaq.

Balıq - Hər şey gözlədiyiniz kimi getməsə də, bu, üzülmək üçün səbəb deyil, çünki əvvəllər haqqında heç düşünmədiyiniz yeni imkanlar yaranacaq. Tez qərar qəbul etmək bacarığı faydalı olacaq. Başqaları düşünərkən siz irəliləyirsiniz, buna görə də çox şeyə nail olursunuz. İşgüzar danışıqlarda ciddi ümid etmədiyiniz dəstəyi ala bilərsiniz. Bir çox məsələlər qeyri-rəsmi şəraitdə müzakirə olunacaq. Rəsmiyyət haqqında düşünməyə ehtiyac olmadıqda xüsusilə cazibədar olursunuz, insanlara daha çevik bir yanaşma tapırsınız.

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »