Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şikayət yazan şəhid anasının polisə çağırılması ilə bağlı rəsmi açıqlama
Şikayət yazan şəhid anasının polisə çağırılması ilə bağlı rəsmi açıqlama

18 oktyabrda tarixində Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızının mənzil növbəsindəyaşanan süründürməçiliklərlə bağlı şikayəti əsasında araşdırma apararaq, yazı dərc etmişdik. Məfkurə Əbdürəhimovanın oğlu Sadiq Əbdürəhimov Bizimyol.info-ya müraciət edərək bildirir ki, şikayət dərc olunduqdan sonra 23 oktyabr tarixində Şəki şəhər Polis Şöbəsindən Araz adlı müstəntiq evlərinə ismarış göndərərək, anasını dərhal Polis Şöbəsinə çağırıb və izahat yazması tələb edib.

“Mən zəng edib Araz polislə danışdım ki, axı biz nə Daxili İşlər nazirinə, nə DİN İstintaq İdarəsinə, nə də Şəki Polisinə şikayət yazmamışıq. Biz ev məsləsilə bağlı aidiyyatı orqanlara müraciət etmişik. Araz isə deyir ki, gələrsiz , baxarıq, görək nədir və s. sözlər.

Biz də bilirik ki, qoca və xəstə anamı polis sifariş əsasında çağırıb hədə-qorxu gəlmək istəyir. Çünki, biz yalnız evimizlə bağlı düşdüyümüz süründürməçiliyə görə məsələ qaldırmışıq. Bunun isə polisə heç bir dəxli yoxdur. Xahiş edirik belə ucuz yollarla ailəmizə təzyiq göstərməsinlər. Xahiş edirəm bizim ailəni narahat etməsinlər və vaxtını almasınlar”.

Şəhid qardaşı sonda media vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib və bildirib ki, xahiş edir ki, Şəki Polis Şöbəsi rəisinə qəti tapşırıq verilsin və hansısa məmurciyəzin sifarişi əsasında evimizə polis göndərib bizi boş yerə narahat etməsin.

“Bizim məsələ mülki məsələdir və lazım olarsa məhkəməyə şikayət verə bilərik. Polisə şikayət vermədiyimiz halda polisə izahat vermək üçün PŞ-nə dərhal çağrılmağımız ailəmizə qarşı təzyiq kimi başa düşürük və bu teatrın dayandırılmasını istəyirik”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizimyol.info-ya bildirilib ki, bir neçə gün əvvəl şəhid anası Məfkurə Əbdürəhimova mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı müraciətdə bəzi şəxslərin ona hədə-qorxu gəldiyini bildirib və bu səbəbdən Şəki RPŞ-nin əməkdaşları tərəfindən onunla əlaqə saxlanılıb.

“Bir neçə gün əvvəl bəzi xəbər saytlarında şəhid anası Məfkurə Əbdürəhimovanın mənzil şəraitlərinin yaxşılaşdırılmaması ilə bağlı müraciəti paylaşılıb. Müraciətdə M.Əbdürəhimova şikayət etdiklərinə görə, bəzi şəxslər tərəfindən onlara hədə-qorxu gəlindiyini bildirib və bu faktlarla bağlı niyə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmadığını qeyd edib.

Saytlarda dərc olunmuş həmin müraciətlə əlaqədar Şəki RPŞ-nin əməkdaşları tərəfindən onunla əlaqə saxlanılıb, polisin səlahiyyətləri çərçivəsində şəhid ailəsinə lazımi köməkliyin göstəriləcəyi bildirilib”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Azərbaycanda 11 yaşlı qardaş 14 yaşlı qardaşını qətlə yetirdi
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda biri əcnəbi olmaqla, 2 nəfər dəm qazından ölüb, 1 nəfərin vəziyyəti ağırdır
››› Dekabrın 6-na olan hava proqnozu
››› Belarusun sanksiyalardan itkiləri hesablanıb
Son xəbərlər
Bütün xəbərlər »