Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısının maşınla adam vurması xəbərinə DİN-dən açıqlama
İcra başçısının maşınla adam vurması xəbərinə DİN-dən açıqlama

Yerli mediada Neftçala rayon İcra Hakimiyyətinin baçşısı Mirhəsən Seyidovun yol qəzası törətməyi və yol kənarı ilə gedən Aşağı Surra kənd sakinini vuraraq, hadisə yerindən qaçması ilə bağlı məlumat yayılıb.

Xəbərdə bildirilir ki, icra başçısının axşam saatlarında Aşağı Surra və Kürqarabucaq kəndləri arasında idarə etdiyi "Toyota Camry" markalı maşınla vurduğu şəxs ağır bədən xəsarəti alıb. Eyni zamanda hadisə yerində vurulan şəxsə aid olan qoyunlara da xəsarət yetirilib, qoyunlardan ikisi isə ölüb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Bizimyol.info-ya məlumat verilərək bildirilib ki, hadisə ilə bağlı məlumat daxil olmayıb.

Leyla Mirzə

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »