Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qatar daşlayan ermənilər, “Cəbi” və Zəngəzur dəhlizi
Qatar daşlayan ermənilər, “Cəbi” və Zəngəzur dəhlizi

“Naməlum şəxslər İrəvan-Gümrü-İrəvan marşrutu ilə hərəkət edən sərnişin qatarını daşa basıblar. İnsanlara xəsarət yetirilməsə də, qatarın pəncərələri qırılıb”.

Bu ilk baxışdan bizim üçün o qədər də əhəmiyyətli olmayan bir xəbər kimi görünür. Amma hadisənin keçmişlə əlaqələrinə baxsaq və gələcəyə nəzər salanda bizim üçün də vacib xəbərdir.

1987-ci ildə ilk dəfə xəbərlər yayılmağa başladı ki, ermənilər onların yaşadığı ərazidən keçən azərbaycanlılara məxsus avtobusları daşa basırlar. Füzulidən Ağdama gedən avtobusda olarkən özüm də bunun şahidi oldum. Səhv etmirəmsə, 1988-ci ilin payız ayları idi, Ağdama gedəsi olmuşdum. Əvvəldən bilirdim ki, Füzulidən Ağdama gedən avtobus artıq Xocavənddən (o vaxt Martuni adlanırdı) işləmir. Bu yolla Ağdama təkcə, Cabir (Füzuli rayonunda hamı onu “Cəbi” kimi tanıyırdı) adlı sürücü işləyir. Avtovağzala gəldim və gördüm ki, Cəbinin avtobusu dayanıb və üzərində “Füzuli-Ağdam” bildirişi var. Avtobusda 6-7 nəfər vardı. Mən də keçib arxa oturacaqlara tərəf gedəndə bir nəfər mənə, “bu Martunidən gedəcək, Cəbi deyib ki, hamıya deyin” dedi və vəzifəsini yerinə yetiribmiş kimi üzünü çevirib "unversam" tərəfə baxmağa davam etdi. Mən də “bilirəm” deyib arxa oturacaqlardan birində əyləşdim. Biraz sonra Cabir gəldi. Sükan arxasında əyləşdi və salona dönərək: “Martunidən gedəcəm, dədə-baba yolumuzla. Kim istəmirsə, düşsün saat 12-də Beyləqandan keçənlə getsin”.

Təbii ki, hamı xəbərdar idi deyə heç kim düşmədi və biz yola düşdük, dəliqanlı şofer kimi tanınan Cəbi, “Ağdam döngəsi” deyilən yerdə də saxlayıb bir neçə nəfər götürdü və getdik. Amma onu da deyim ki, avtobusda oturacaqları altında xeyli daş var idi. Xocavəndə yaxınlaşanda Cəbi xəbərdarlıq etdi ki, o deməmiş heç kim daş atmasın. Xocavəndin rayon mərkəzində Cəbinin avtobusunu görən etmənilər azərbaycanca və öz dillərində çığırmağa başladılar. Cəbi dedi ki, onu hədələyirlər ki, birdə burdan keçməsin:

“Vaxtımı bilirlər, gözləyirlər ki gəlim, onlar da mənə hürsünlər. Ölsələr də mən bu yolla gedəcəm, mehtər dədələrindən yol qalıb”.

Bir az uzaqlaşmışdıq ki, gördük 5-6 gənc və ətraflarında da 10-15 uşaq yolun kənarında dayanıb. Cəbi onlara çatanda maşını saxladı. Gənclərə səsləndi: “Ə, (indi unutduğum bir erməni adı dedi) … oğlu, bu uşaqlara de, daşı yerə atsınlar, özünüz də çəkilin gedin. Sonra avtobusu sürdü. Maşın yerindən tərpənmişdi ki, bizi daşa basdılar. Uşaqların atdığı daş avtobusun dəmir hissələrinə dəyirdi. Keçib getdik.

Cəbi 3 saatdan sonra geri dönəcəyini dedi. Biz yenə Martunidən keçirdik. Yenə ermənilər əllərini yelləyib Cəbini hədələdilər və bununla qalmayıb avtobusa daş atmağa basdılar. Cəbi dedi ki, öndəkilərəi qovmaq lazımdır yoxsa pəncərələri qıracaqlar: “Amma ehtiyatlı olun. Həm sizə vurmasınlar, həm də siz uşaqları vurmayın. Onların günahı yoxdur”.

Biz bir neçə gənc əvvəldən hazır idik. Biz onlara cavab verməyə başlayanda yol kənarındakı ermənilər qaçıb gizlənir və avtobus onlardan keçəndən sonra arxadan daş atırdılar. Sonra bir neçə maşınla “ovçu tulası” kimi ardımızca düşdülər. Cəbi də onlara şoferliyin “master-klass”ını göstərdi, dönüb getdilər.

Pendir zavodunun yanında avtobusdan düşəndə “sabah yenə ordan gedəcəksən” deyə Cabirdən soruşdum. O da gülərək: “Ora mənim yolumdur, xoşları gəlmirsə, xoş gəlmədilər heç, rədd olsunlar” - dedi. Və silahlı müharibə başlayana qədər Cəbi, Ağdama o yolla gedirdi. O vaxtlar Bakı-Naxçıvan qatarını da dəfələrlə daşa basmış, pəncərələrini sındırmışdılar. Daha sonra avtobus və minik maşınlarına da bu tipli basqın edilmişdi.

Artıq o illərdən də 30 ildən çox vaxt keçib. Düyada bu 30 il ərzində xəyal edilməyəcək dəyişikliklər baş verib. Ermənilər isə hələ də “daş dövrü”ndə qalıblar. Bir xalq, yalnız bu qədər sivil dünyanın insanlıq və hüquq anlayışından uzaq ola bilər - o da ermənilərdir. Onlar nə qədər ağlayıb yazıq görünmək istəsələr də, imkan yaranan ilk anda iblis xislətləri önə çıxır. Bütün irfanı və hüququ tapdalayıb keçirlər.

İnsanlar artıq Yer kürəsindən kənarda, kosmosda yaşamaq yolları arayır, bunlar qatar daşlayırlar. Daşlasınlar, öz qatarlarını nə qədər istəyirlər daşlasınlar, “itin dişi, donuzun dərisi, qoy dartıb cırsın”lar. Amma bunu gələcəkdə, Zəngəzur dəhlizində hərəkət edən nəqliyyat vasitələrinə tətbiq edəcəkləri də gözləniləndir. Biz bilirik ki, o yolda bu tipli təxribatların baş verəcəyi mümkündür və onların bunu etməyəcəklərinə də heç kim qarantiya verə bilməz. Təkcə Azərbaycan əsgərindən başqa.

Ya vərdişlərini tərgidib dost olmayan, düşmənlik edəcək halı qalmayan qonşu kimi yaşamağı öyrənəcəklər, ya da İrəvanda onların hamısının hələlik yaşaması üçün yer və daşlamağa qatar bəs edər. Yetər ki, Azərbaycan əsgəri ilə “zarafat” etmək niyyətinə düşməsinlər, bunu nəticəsini ağır ödəyərlər.

Qadir Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »