Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azercell-dən yeni Wi-Fi kampaniyası!
Azercell-dən yeni Wi-Fi kampaniyası!

4G modem alan hər kəsə 50 Gb internet hədiyyə olunur.

Yüksəksürətli interneti hər kəs üçün əlçatan edən “Azercell Telekom” yeni Wi-Fi cihazının satışına start verir.

Azercell-dən yeni Wi-Fi kampaniyası!

Kampaniya çərçivəsində son model Wi-Fi cihazı ilə birgə 1 aylıq 50GB internet cəmi 129 AZN-ə təqdim olunur. Həm 4G, həm də 3G şəbəkələrini dəstəkləyən bu cihazın daha bir üstünlüyü paylaşılan yüksəksürətli internetə eyni anda 32-yə qədər cihazın qoşula bilməsidir. Azercell Wi-Fi modemi yalnız smartfonları deyil, hətta kompüter, noutbuk, planşet, printer və televizoru da şəbəkəyə qoşmaq üçün kifayət qədər universaldır.

Qeyd edək ki, yeni 4G Wi-Fi modem yalnız ev və ya ofisdə işləmək üçün nəzərdə tutulmayıb. İstirahət zamanı bu kiçik ölçülü və yüngül cihazı istənilən yerə daşıyıb internetdən istifadə etmək olar. Geniş əhatə dairəsi 15-20 metrlik radiusda olan qurğuları stabil internetlə təmin etməyə imkan verdiyindən, daim cihazın yanında qalmağa ehtiyac yoxdur. Digər tərəfdən, yeni Wi-Fi modeminin müasir görünüşü istənilən evə, və ya ofisə ideal dizayn əlavəsi ola bilər.

Kampaniyaya dərhal qoşulub yüksəksürətli internetdən yararlanmaq üçün ən yaxın Azercell satış məntəqəsinə müraciət etmək kifayətdir. Kampaniya çərçivəsində hər bir Azercell Wi-Fi Modemi ilə birgə 1 ədəd "Data tarifi"ndə olan nömrə və 50GB-lıq internet paketi təqdim olunur.

Azercell-in yeni Wi-Fi kampaniyasına qoşul və yüksəksürətli internet əldə et!

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »